Məlumat verdiyimiz kimi, ALİSA elektron kitabxana sisteminin Azərbaycanın bütün rayonlarını əhatə edən kitabxanalarda tətbiqi istiqamətində işlər görülür. Bunun üçün ilk növbədə treninqlər təşkil edilir, bölgələrdən təlim üçün müdavimlər dəvət olunur.
Belə ki, bununla bağlı 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə milli kitabxana proqramı yaradılıb. Proqramın sistem həllərini, tətbiqini Ultra şirkəti öz üzərinə götürüb. Proqram bu ilin iyun ayında istifadəyə verilib.
Avqust ayından etibarən isə Milli kitabxanada ALİSA proqramının tətbiqi üçün təlimlər keçirilir.
Xeberler.az olaraq ALİSA proqramının təqdim etdiyi imkanlarla maraqlandıq.
Mədəniyyət və Turizm Nazirliyindən Xeberler.az-a bildirlib ki, ALİSA avtomatlaşdırılmış kitabxana informasiya sistemidir . Bir sıra kitabxanalarda artıq ALİSA proqramı tətbiq olunub. Yaxın 1 il ərzində bütün kitabxana şəbəkələrinin hamısında proqramın tətbiqi nəzərdə tutulub.
Məlumatda qeyd edilib ki, sistem vasitəsi ilə vahid kitabxana bazası yaradılacaq. Bu sistemin önəmliyi ondan ibarətdir ki, sistem vahid mərkəzdən idarə olunur.
Sistemin aşağıdakılardan ibarət bir neçə özəlliyini diqqətinizə çatdırırıq:
- Vahid mərkəzdən idarə olunur;
- Oflayn rejimdə işləyən mini versiyası var;
- Oxucu bazası yaranır. Yəni istifadəçi onlayn şəkildə oxucu bileti əldə edə bilir. Həmin oxucu bileti ilə respublikada fəaliyyət göstərən bütün kitabxanalarda istənilən kitabı oxumaq mümkündür. Məsələn, Şəki oxucusu Gəncədəki kitabxanadan onlayn surətdə istədiyi kitabı seçib oxuya bilər. Onu da bildirək ki, ALİSA proqramında müəlif hüquqları qorunur;
- Vaxt xidməti mövcuddur. Belə ki, oxucu müəyyən vaxt təyin edib bu kitabı oxuyacağını qeyd edə bilər.
Qeyd edək ki, hazırda ölkəmizdə kitabxanalarda həm də Rusiyanın e-kitabxana proqramı olan İRBİS-dən də istifadə edilir.
Milli Kitabxananın direktoru Kərim Tahirov Xeberler.az-a elektron sistemlərin kitabxana işində tətbiqinin müəssisələrə faydası, eyni zamanda ALİSA-nın İRBİS-dən fərqi haqqında məlumatlar verib.
O bildirib ki, İRBİS-lə işləmək üçün 65 rayonun kitabxanası öz məlumat bazasını yaratmalıdır, amma ALİSA proqramında işləyərkən belə problemlər yaşanmır:
“İRBİS-lə işləyən kitabxananın və oxucunun öz bazası olurdu. ALİSA-da isə Milli kitabxananın bazası əsas götürülür. Bazada olan 5 milyona qədər ədəbiyyat artıq bu bazaya daxil edilib, istifadəçilər istənilən an istədiyi kitabı oxuya bilər. Artıq bizim baza əsasında bütün rayon kitabxanaları daxil olub ümumi bazanı görə və ondan istifadə edə biləcəklər. Bunun üçün bazaya daxil olub öz şifrələrini əlavə edirlər, istədikləri kitabı götürüb öz bazalarına ötürürlər. Paralel şəkildə bizim bazada olan kitablar bütün rayonların kitabxanalarında elektron katalokda avtomatik olaraq açılacaq. İRBİS proqramı yalnız Rusiyanın bir neçə kitabxanalarında tətbiq olunan sistemdir, məhdud sistemdir. İRBİS-lə işləmək üçün 65 rayonun kitabxanası öz məlumat bazasını yaratmalıdır. Qonşu rayon bu rayonun bazasından istifadə edə bilmir. Amma ALİSA mərkəzləşdirilib”.
Kərim Tahirov bildirib ki, elektron məlumat bazası həm unikod, həm də ORACLE üzərindən qurulub. Proqramların təhlükəsizliyi təmin olunur.
Direktrun sözlərinə görə, xüsusi qrup yaradılacaq, bu işlə məşğul olacaq.
O, kitabxana işlərində ən çox rast gəlinən müəllif hüquqları ilə bağlı problemə toxunub. Bildirib ki, ALİSA proqramında müəllif hüquqları əsas götürülür.
“Hazırda Milli kitabxanada bu istiqamətdə təkmilləşmə işi aparılır. Elə kitablar var ki, müəllif hüquqları əsas götürülür, oxunmasına icazə verilmir. Biz xüsusi proqram yaratmışıq, həmin kitablar çapdan çıxarılarkən üzərində Milli kitabxananın adı göstəriləcək. Bundan artıq heç kim qeyri-qanuni istifadə edə bilməyəcək. Eyni zamanda buna xüsusi kod qoyulacaq. Kitab yalnız açıb oxumaq üçün olacaq. O kitabı çap etmək, yaddaş kartına köçürmək mümkün olmayacaq. Bu da müəllif hüququnun pozulmamasına xidmət göstərəcək”.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri