Previous Next
Bağla

Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb

17-01-2022 19:46
Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb

Telekommunikasiya üzrə fərdi identifikasiya kodu – IMEI saxtalaşdırılan mobil cihazların sayı sürətlə artmaqdadır. Bu istiqamətdə hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.

Mexanizm ölkədə istifadə olunan mobil cihazlar oğurlandıqda, itirildikdə onun dərhal tapılmasının təmin olunmasına, cinayətkarlıqla mübarizənin effektivliyinin artırılmasına yönəlib.

Müşahidələr göstərir ki, IMEI-i saxtalaşdırılmaqla bir mobil cihazın proqram təminatının klonlaşdırılaraq başqa cihazlara köçürülməsi mümkündür. Halbuki IMEI istifadəyə yararlı bütün mobil cihazlara Beynəlxalq GSM Assosiasiyası tərəfindən verilən unikal koddur və bu kod heç bir halda digər cihazın kodu ilə eynilik təşkil etmir.

Saxtalaşdırılma hallarının qarşısını almaq, həmçinin tənzimləmələrin həyata keçirilməsi məqsədilə klonlaşdırılmış mobil cihaz üzərindəki nömrə dəyişdirildikdə cihaza qarşı məhdudiyyət tətbiq olunacaq. Saxta IMEI-li cihazdakı nömrənin dublikatı çıxarılıb “Sim kart” yuvasına əlavə olunan zaman da eyni prosedur həyata keçiriləcək. Hər iki halda məhdudiyyət tətbiq olunan mobil cihazların şəbəkə əlaqəsi kəsiləcək.

Mobil cihazların saxtalaşdırılmasını dələduzlar və hakerlər əsasən istifadəçilərdən xəbərsiz həyata keçirdiklərinə görə məhdudiyyət tətbiq olunan telefonların yenidən istifadəsi ilə bağlı da mexanizm hazırlanıb. Sahibi telefonun üzərindəki mobil nömrəni dəyişən zaman şəbəkə təminatı dayandırıldığı halda yaxınlıqdakı “Azərpoçt” şöbəsinə müraciət etməli və yeni nömrə sistemə əlavə olunmalıdır. Bu proses ödənişsiz həyata keçiriləcək.

Cihazların saxta və ya orijinal olması Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən IMEI kodu vasitəsilə müəyyən ediləcək. Eyni IMEI üzərində olan cihazlardan şəbəkədə ilk dəfə görünəni orijinal hesab olunacaq. Digər cihazların orijinallığı ilə bağlı iddialar isə “Azərpoçt” şöbələrində araşdırılacaq. Mobil cihazının orijinallığını iddia edən istifadəçi cihazda *#06# kombinasiyasını yığaraq ekranda əks olunan IMEI kodu və əgər qalırsa, cihazın qutusu ilə poçt şöbəsinə müraciət etməlidir. Bu zaman təqdim olunan IMEI ilə sistemdə ilk görünən nömrənin və kimə məxsusluğunun eyniləşdirilməsi aparılacaq, təqdim olunan cihazın orijinal olub-olmaması ilə bağlı sahibinə məlumat veriləcək.

Vətəndaşlara “Azərpoçt” şöbələri ilə yanaşı, “157” Zəng Mərkəzi vasitəsilə də yardım göstəriləcək. Zəng mərkəzi problemlərlə bağlı sualları cavablandıracaq, məhdudiyyət tətbiq edilən cihazların aktivləşdirilməsi üçün lazım olan proseduru vətəndaşlara izah edəcək, eyni zamanda, şikayət və təkliflərin qeydiyyatını aparacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

Portal üzərindən 48 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

12-10-2015

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyatı təcrübəsini öyrənir

22-12-2021

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil cihazların standartlara uyğunluğu yoxlanıb

10-12-2015

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə