Previous Next
Bağla

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023 11:30
Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Bununla bağlı “AzInTelecom” mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 10065 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 121 002 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 555 963 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Surətinin köçürülməsi şübhəsi olan IMEI kod ilə bağlı vətəndaşlar tərəfindən poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 250 IMEI koduna “klon” statusu verilməsi nəzərdə tutulub ki, bunlar da son üç ay ərzində şəbəkədə 3189 beynəlxalq mobil abunəçinin şəxsiyyəti ilə görünüblər.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na görə, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

1230 IMEI koda “klon” statusu verilib

25-01-2023

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

22-11-2022

Telefonların qeydiyyat rüsumu ilə bağlı dəyişikliyin icrasına başlanıb

04-12-2023

“AzInTelecom” 65 minə yaxın IMEI koda “klon” statusu verib

11-03-2026

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Portal üzərindən 48 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

12-10-2015

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

IMEI kodunun yoxlanılması ən populyar xidmət olub

04-08-2015

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə