Previous Next
Bağla

Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

13-11-2017 16:55
Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

 Nar özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib.

Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan P3 Communications tərəfindən keçirilib.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb.

Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib.

P3 Communications şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır.

Qeyd edək ki, Nar 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən HD-Voice (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib.    

Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb.

3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

Nar mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

05-04-2018

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Nar şəbəkəsini gücləndirir

26-10-2017

Nar 2017-ci ilin nəticələrini açıqladı

07-12-2017

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

22-11-2018

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

Nar-dan yeni xidmət

15-09-2017

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar-ın regionlarda fəaliyyəti müzakirə edilib

07-11-2017

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir

07-04-2020

Nar Naftalanda 4G şəbəkəsi qurdu

09-01-2019

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə