Previous Next
Bağla

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018 10:46
Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

Azerfon MMC cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.

Xeberler.az məlumat verir ki, Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən Nar ölkə ərazisində 74 3G və 161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində Nar öz abunəçilərinə 5 yeni xidmət (Exchange, Pulsuz WhatsApp, Turbo düymə, Full paketi üçün Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib. Nəticədə, mobil operatorun abunəçi bazası ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda Nar abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.

Belə ki, Azerfon MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib: “İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək üçün çalışacağıq.”

Bildirək ki, Yeni istismara verilən Nar 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində Nar şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub. Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım göstərərək paytaxt Bakını qabaqlayıb.

Qeyd edək ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma Nar şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, Nar-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə müqayisədə dəyişməz olaraq qalmışdır.

Hazırda genişləndirilmiş Nar şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə Nar zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək HD-Voice xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan P3 Communications keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.

Nar şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı burdan öyrənə bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

05-04-2018

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018

Nar yarım ilin hesabatını və yenilənmiş brendini təqdim etdi

28-09-2018

Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

26-05-2020

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

21-08-2018

Nar 4G istifadəçilərinin sayı 24 faiz artıb

29-08-2018

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar 4G istifadəçilərinin sayı yarım milyon oldu

28-11-2018

Nar 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

17-04-2019

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

22-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə