Previous Next
Bağla

Nar şəbəkəsini gücləndirir

26-10-2017 10:33
 Nar şəbəkəsini gücləndirir

Nar şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri davam etdirir.

Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş vermişdir. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.

Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır.

Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə çatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır.

3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır.

3G IP texnologiyası sayəsində zəng zamanı “Uğurlu zəng nisbəti” (Call Setup Success Rate) xüsusiyyətinin təkmilləşməsi özünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir. 

Hazırda Nar 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya  texnologiyası üzərindən xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir.

Nar şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

13-11-2017

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar-ın regionlarda fəaliyyəti müzakirə edilib

07-11-2017

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

Nar İsmayıllıda 4G şəbəkəsini qurdu

20-09-2018

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017

Nar 2017-ci ilin nəticələrini açıqladı

07-12-2017

“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir

07-04-2020

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018

Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə