Previous Next
Bağla

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018 16:18
Nar-ın müştəri loyallığı indeksi açıqlandı

Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş sorğuların nəticələrinə əsasən, Nar mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Xeberler.az məlumat verir ki, həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və Brand Tracking araşdırmalarına görə, Nar mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.

Belə ki, beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, Nar-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, Nar səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.

Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş Brand Tracking araşdırmasına əsasən, Nar abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə Nar şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, Nar brend potensialı indeksi il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.

Bildirək ki, operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan P3 Communications keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

05-04-2018

Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

22-11-2018

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

Nar müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib

15-02-2019

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu

09-03-2022

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

13-11-2017

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu

03-03-2025

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

17-08-2022

"Nar" mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

29-11-2021

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

Nar abunəçilərinə operativ və keyfiyyətli xidmət göstərir

24-09-2019

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə