“Jurnalistika 2.0” kitabının təqdimat mərasimi keçirildi

21-05-2010 / 09:12

Bugün (20 may) Azad Fikir Universitetində (AFU) amerikalı yazar Mark Briqs-in “Jurnalistika 2.0” kitabının təqdimat mərasimi keçirilib.

 

Xəbərlər.az-ın məlumatına görə, tədbiri giriş sözüylə ABŞ səfirliyinin nümayəndəsi açıb. Sonra isə söz müəllifə verilib. Briqs online jurnalistika haqqında məlumat verib, Facebook, Twitter kimi sosial şəbəkələrin faydasından, blogların üstünlüklərindən danışıb. Müəllif ABŞ-da jurnalistlərin auditoriyanı cəlb etmək üçün hansı texnologiyalardan istifadə etdikləri barədə söhbət açıb.

 

Ardınca isə Azərbaycan İnternet Forumun (AİF) prezidenti, kitabın redaktoru Osman Gündüz söz alaraq Jurnalistika 2.0 kitabı haqda fikirlərini söyləyib Bizim istifadə etdiyimiz jurnalistika artıq köhnəlib, yeni texnologiyalardan istifadə etmək lazımdır. Xəbəri hadisə yerindən bir başa redaksiyaya çatdırmaq imkanları yaranıb, bu da kitabda öz əksini tapıb. İnanıram ki, bu kitab jurnalistika fakültəsinin tələbələrinin və jurnalistikaya yeni gələnlərin stolüstü kitabı olacaq.

 

Tədbir jurnalistlərin sualları ilə davam edib.  Sonda isə müəllif qonaqlara imzalı kitabını hədiyyə edib.

 

Xatırladaq ki, kitabın redaktoru Osman Gündüz, tərcüməçisi isə Azər Həsrətdir. "Jurnalistika 2.0 kitabı" 1038 tirajla çap olunub.

 

 

Hacıbəy Heydərli Xəbərlər.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.