Previous Next
Bağla

İnformasiya Texnologiyalarından bəhs edən kitablara maraq artıb

26-06-2009 14:23
İnformasiya Texnologiyalarından bəhs edən kitablara maraq artıb

Bu yaxınlarda Azərbaycanda kitabın təbliğatı ilə məşğul olan və kitab reytinqlərini hazırlayan yeganə qurum olan “Kitab klubu” növbəti reytinqi – “Ən çox alınan kitabların reytinq cədvəli”ni təqdim edib.

Satış nöqtələrindən ən çox satılan və soruşulan kitabların sayı əsasında hazırlanmış reytinqə ənənəvi olaraq 30 kitab daxil edilib.Kitabların böyük əksəriyyətini texniki, siyasi, iqtisadi ədəbiyyat, dərsliklər və lüğət təşkil edir. Lakin ən maraqlı cəhət reytinq cədvəlidnə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün İKT-nin ölkəmizdə inkişafına yönəlik  üç kitabının yer almasıdır.Müəllifin "İnternet. Azərbaycan internet resursları" (2008) adlı kitabı hətta ən çox oxunan kitablar arsında üçüncü yerdədir.Ekspertlərin fikrincə bu son zamanlar Azərbaycanda İKT sahəsinə marağın xeyli artmasından irəli gəlir.

Osman Gündüzün reytinq cədvləində üçüncü yeri tutan "İnternet. Azərbaycan internet resursları" adlı kitabı 2006-cı ilin aprelində işıq üzü görmüş eyni adlı kitabın ikinci nəşridir.Kitab 250 səhifə həcmindədir. Kitabın bütün fəsilləri yenidən işlənib. 2000-dək milli veb-resurs haqqında məlumat kitaba daxil edilib.Azərbaycan dilində populyar formada ilk dəfə olaraq nəşr olunan kitabın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müdiri  Cahangir Məmmədlidir.

Multimedia  Mərkəzinin direktoru Osman Gündüzün kataloqda yer alan ikinci kiatbı isə “Kompüter. İnformasiya Texnologiyalarının əsasları” adlanır.Yüksək keyfiyyətdə, iki  rəngdə, 304 səhifə həcmində, ofset üsulu ilə çap olunan bu kitab Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunub.Kitabın elmi redaktoru texnika elmləri doktoru, professor, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.

Azərbaycanda kitabın təbliğatı ilə məşğul olan və kitab reytinqlərini hazırlayan yeganə qurum olan “Kitab klubu” reytinq cədvəlində yer alan, İT sahəsinə dair kitab isə Osman Gündüzün “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabıdır. Kitab informasiya münasibətlərinin, informasiya  istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün  Jurnalistlərin  yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.

Kitab informasiya münasibətlərinin, informasiya  istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün  Jurnalistlərin  yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.

Kitabda  müəllif tərəfindən həm informasiya texnologiyaları sahəsində elmi–ictimai araşdırmalar çərçivəsində əldə etdiyi təcrübədən , həm də artıq  bir  neçə il BDU və Bakı Slavyan Universitetində İnternet-Jurnalistika kursunun  tədrisi prosesində toplanılan təcrübədən, geniş  istifadə olunub. Kitabın yazılmasında həmçinin Azərbaycan İnternet Forumu  və Multimedia Mərkəzi tərəfindən İnternet-jurnalistikanın inkişafı istiqamətində gerçəkləşdirdiyi Layihələrin materiallarından istifadə edilib.

Kitabda Bloqların yaradılması və yenilənməsi, İnternetdə sosial şəbəkələr və onlardan istifadə qaydaları, İnternetdə axtarışın sirləri, İnternetdə reklamdan gəlir əldə etmək yolları, Mobil internet, Jurnalistlər üçün faydalı internet resurslar haqqında bilgilər verilib.

Məlumat üçün bildirək ki, Multimedia  Mərkəzinin direktoru Osman Gündüzün Azərbaycanda İnformasiya  Texnologiyalarının inkişafına yönəlik daha bir kitabı daha çapa hazırlanır.Ümidavarıq ki, həmin kitabda ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

Osman Gündüzün kitabı nəşr edilib

10-12-2010

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib

19-11-2009

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb

25-08-2009

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Jurnalist Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı kitabı nəşr olunub

22-02-2011

Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırır

02-11-2010

“İnternet hüququ” kitabının təqdimatı keçirilib

17-12-2009

“Wikileaks”-in iç üzü açılır

08-02-2011

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020

“Azərbaycan nəşrləri” kataloqunun növbəti sayı işıq üzü görüb

05-05-2009

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30-04-2012

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019

“Proqramlaşdırma yarışlarına hazırlıq” adlı kitab proqramlaşdırma müsabiqələrinə hazırlaşanlar üçün dəyərli vəsaitdir

19-10-2023

Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

04-02-2011

ADPU-nun e-kitabxanasından ötən il 34 minədək şəxs yararlanıb

08-01-2025

Rəqəmsal marketinqə aid kitab çap olunub

25-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə