Müsəlmanlar virtual axtarış üçün halal Google yaradıb

25-07-2009 / 10:46

Bu sayt müsəlmanlar üçün axtarış vaxtı qarşıya çıxan xoşagəlməz şəkillərin və məlumatların qarşısını alır

Yeni yaradılan və özünü “İslamic Google” kimi təqdim edən yeni virtual axtarış sistemi müsəlmanlar üçün axtarış vaxtı qarşıya çıxan xoşagəlməz şəkillərin və məlumatların qarşısını alır. Saytda həmçinin halal qida məhsulları istehsalı və satışı barədə məlumatlar da əldə etrmək mümkündür. www.theislamicsearch.com ünvanında faliyyət göstərən sistemdə məhşur aktrisalar barədə axtarış zamanı onların sadəcə geyimli şəkillərini əldə etmək mümkündür.

“Google” rəsmiləri isə bu saytla heç bir təşkilati əlaqələrinin olmadığını bildirib. “Googlenin www.theislamicsearch.com ilə heç bir təşkilati əlaqəsi yoxdur. Hər istifadəçi Google fərdiləşdirilmiş axtarışdan (google. com/coop/cse/) istifadə edərək öz ehtiyaclarına görə axtarış sistemi yarada bilər. Ancaq bu, “Google” markasının istifadə şərtlərinə uyğun olmalıdır. Bu qaydalara riayət edilməsə belə saytlara qarşı lazımi tədbirlər görüləcək”. /ANS PRESS


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə