MySpace musiqi xidməti açdı
PC Magazinin məlumatına görə, bu gün MySpace sosial şəbəkəsi onlayn musiqi xidməti açıb. Kontent xidmət üçün EMI Music, Sony BMG, Universal Music Group, Sony/ATV Music Publishing səsyazma studiyalarını təqdim edir.
MySpace Music istifadəçiləri sevdikləri musiqini pulsuz dinləyə, videokliplərə baxa bilər, öz kompüterlərinə kompozisiyalar yükləyə, konsertlərə bilet ala bilərlər. Resursda musiqi dinləməyə heç bir məhdudiyyət qoyulmayıb. Reklam çarxları kompozisiyalar arasındakı fasilə zamanı elan edilir. Bundan əlavə xidmət istifadəçilərə pley-listlər tərtib etmək və saytda artistləri, mahnıları, albomları axtarmaq imkanı verir. MySpace Music xidmətinin musiqi satışı Amazon.com internet mağazası vasitəsilə həyata keçirilir.
MySpace-in musiqi xidməti açması barədə məlumatlar hələ fevral ayında yayılmışdı. Bu zaman Universal Music Group, Sony BMG, Warner Music Group və EMI şirkətlərinə şəriklik etmək və kontent-provayder olmaq təklif olunmuşdu. Hazırda hər dörd şirkət MySpace Music xidmətinin operatoru və həmkarlarıdır.