YouTube və Universal Music Ortaqlığı!

06-03-2009 / 16:12

Dünyanın ən məşhur video saytlarından YouTube ilə Universal Music şirkətinin ortaq quracaqları web saytın, internet musiqi bazarında səs gətirəcəyi gözlənilir...
Googlenin sahib olduğu YouTube və Universal Musiqi ortaq bir əməkdaşlıq etmək fikrindədirlər…

Əldə edilən məlumatlara görə yeni və çox xüsusi bir sayt hazırlanaraq musiqi kliplərinin nəşri hədəflənir.Amerikan New York Times qəzetində nəşr olunan xəbərə görə razılaşmanın detalları tərəflər arasında müzakirə edilir və hələ dəqiq olaraq bilinmir.

YouTube daxilində ən çox izlənilən videoların musiqi klipləri olduğu ancaq YouTube-un bundan kifayət ölçüdə maddi gəlir qazana bilmədiyi istiqamətində fikirlər mövcuddur. Mövzuyla əlaqədar birbaşa rəsmi şərh etməkdən qaçınan YouTube səlahiyyətliləri, tək şərh olaraq, hər vaxt musiqi sektoru ilə əməkdaşlığına müsbət baxdıqları ifadə ediblər.

Bir çox böyük musiqi firması, YouTube ilə 2006 və 2007-ci ildə etdikləri razılaşmaları nəzərdən keçirmək və davam etdirmək üçün müraciət etməsinə baxmayaraq hər hansı bir nəticə alına bilmir. Musiqi sektorundan mütəxəssislərə görə daha əvvəldən edilən razılaşmalar nəticəsində şirkətlər, nümayiş etdirilən hər klipin izlənilmə sayı başına çox cüzi bir məbləğ qazanırdılar.
Son dövrdə YouTube, Amazon.com və Applenin sahib olduğu iTunes ilə əməkdaşlığına girişmişdi..
"Sony Music" isə keçdiyimiz il YouTube ilə olan razılaşmasını yeniləmiş, ancaq digər şirkətlərdən Universal Music və EMI köhnə razılaşmaları istifadə etməyə davam etdirib.
Keçdiyimiz dekabr ayında isə Warner Music Group , YouTube daxilindəki bütün videolarını geri çəkmiş və şərh olaraq da razılaşma şərtlərinin artistlər, mahnı sözü yazıçıları və nəşrçilər üçün yaxşı bir istiqamətdə olmadığını ifadə etmişdi.

YouTube və Universal Musicin ortaq edəcəkləri yeni saytda isə yalnız kliplər deyil, musiqiçilərin digər məzmunlarının da paylaşılıb satışının edilə bilinəcəyi bir sistem qurulması planlanır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə