Facebook rəqibsiz qaldı

29-10-2010 / 09:32
“MySpace” ” əyləncə servisinə çevrilir

Uzun zaman sosial şəbəkələr bazarında liderlik edən və “Facebook”un əsas rəqibi olan “MySpace” sosial şəbəkəsi öz saytının musiqi və əyləncə kontenti üzərində qurulmuş yeni versiyasını istifadəyə verib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “MySpace”in icraçı direktoru Mayk Cons deyib ki, onların portalı bundan sonra “Facebook”la birbaşa rəqabət aparmaq niyyətində deyil.


Bunun əvəzinə “MySpace” əyləncə servisinə çevrilir. Resurs nəinki yeni nəsil, həmçinin 35 və yuxarı yaşa kimi olan istifadəçilər üçün də çox maraqlı olacaq.


Yeni versiya əsasən əyləncə və ilk növbədə musiqi kontenti üzərində qurulub. Hazırda şirkət artıq dörd iri səsyazma şirkəti ilə müvafiq lisenziya sazişi imzalayıb. Gələcəkdə sosial şəbəkənin rəhbərliyi lisenziyalı film, teleşou və video-oyunların bazasını xeyli genişləndirməyi planlaşdırır.


Bununla belə, bir çox ekspertlər hesab edir ki, “MySpace” son illər müşahidə olunan istifadəçi sayının enməsinin qarşısını ala bilməyəcək.


Yeni “MySpace”in beta-versiyası oktyabrın 27-də servisin az sayda istifadəçisi üçün açıq olub. Onun rəsmi işə salınmasının bu ilin noyabr ayında baş tutacağı gözlənilir.

LENT.AZ



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə