Myspace-də ixtisarlar başladı

13-01-2011 / 05:39

Myspace sosial şəbəkə əməkdaşlarının 47%-ni ixtisar edir. 1100 əməkdaşla çalışan qurumda bundan sonra təxminən 500 işçi qalacaq.

Myspace bu addımın şirkətin rentabelliyinin təmini məqsədilə atıldığını açıqlayıb. Məlumatda bildirilir ki, ixtisarlar qurumun Facebook sosial şəbəkəsilə rəqabətə tab gətirə bilməməsi üzündən zərurətə çevrilib.

2009-cu ilin noyabrında Myspace sosial şəbəkəsinin 108 milyon nəfərə çatan auditoriyası 2010-cu ilin sonuna 81 milyon nəfərə enib. «Facebook-dan fərqli olaraq, onlar son illərdə heç bir yenilik etməyib», - deyə «Altimetr Qrupp» tədqiqat təşkilatının analitiki Ceremi Oyyanq bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə