Sərfəli mobil operator “Nar” ilsonunda abunəçilərinə sevinc bəxş edən “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan edib. “Nar” abunəçiləri – Sadiq Sadıqov və Hikmət Hümbətov hər gün oynanılan lotereyada qalib gələrək “Xiaomi Redmi Note 14 Pro” smartfonunun sahibi olublar.
Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilib və nəticələr canlı yayımda elan olunub. Bu lotereyada ilin sonuna qədər “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və şans qazandıran “Şanslı” paketlərindən birini aktivləşdirə bilər. Belə ki, 1 AZN-lik “Şanslı” paketinə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES; 2 AZN-lik “Şanslı” paketinə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik “Şanslı” paketinə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları