Previous Next
Bağla

Azərbaycanın süni intellekt təcrübəsi beynəlxalq hesabatda yüksək qiymətləndirilib

10-04-2026 11:59
Azərbaycanın süni intellekt təcrübəsi beynəlxalq hesabatda yüksək qiymətləndirilib

Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi təşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb.

Xeberler.az bildirir ki, Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar bizi irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi qüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatda ölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.

Hesabatda süni intellektin tətbiqi fonunda işçi qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib. Bu çərçivədə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” müsbət nümunə kimi təqdim olunub.

Qeyd edilib ki, Azərbaycanın yanaşması süni intellekti əmək bazarı üçün risk deyil, peşəkar inkişaf üçün yeni imkan kimi qiymətləndirir. Strategiyada ictimaiyyətin məlumatlılığının artırılması, texnologiyanın etik və məsuliyyətli istifadəsinin təşviqi əsas prioritetlər sırasında yer alır.

Bu məqsədlə Milli Süni İntellekt Mərkəzi nəzdində yaradılmış Süni İntellekt Akademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEM əsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsində müxtəlif dövlət qurumları üzrə 500 əməkdaşın təlimi və 3000 nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılması planlaşdırılır.

Hesabatda ümumilikdə vurğulanır ki, nəqliyyat sektorunda süni intellektin tətbiqi yalnız texnoloji inkişaf deyil, eyni zamanda əmək bazarının transformasiyası və bacarıqların inkişafı məsələsidir.

Ekspertlərin fikrincə, Azərbaycanın bu sahədə yanaşmasının beynəlxalq səviyyədə qeyd edilməsi ölkənin süni intellekt, rəqəmsallaşma və innovasiya istiqamətində həyata keçirdiyi siyasətin düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

15-05-2026
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

24-06-2026
Azərbaycanın nəqliyyat sahəsində təcrübəsi nümunə kimi təqdim olunub

Azərbaycanın nəqliyyat sahəsində təcrübəsi nümunə kimi təqdim olunub

22-06-2026
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025
“AI Index Report 2026”: Süni intellekt  sürətlə inkişaf edir

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026
Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025
Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025
"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025
4SİM  Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025
Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026
Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

24-04-2026
Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025
Nazirliyin süni intellekt layihələri “GovMesh Horizons” hesabatında yer alıb

Nazirliyin süni intellekt layihələri “GovMesh Horizons” hesabatında yer alıb

23-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə