Previous Next
Bağla

"Nar" mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

29-11-2021 13:53
"Nar" mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

“Nar”ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.

“Nar”ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “FULL”, “CavanNar” və “Unikal” tarif planlarının istifadəçi sayında ortalama olaraq, 23% artım müşahidə olunub.

“Nar” olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır. Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir. Bu kompleks yanaşmanın nəticəsi olaraq, biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq üçüncü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik”, - deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.

“Nar” hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq, abunəçilərini daha üstün müşətri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.

“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, “Nar+” mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb. Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən “Nar+” tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.

Son 9 ay ərzində “Nar” KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib. Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilkdə 750 min AZN-dən çox investisiya ayırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib

15-02-2019

Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

10-03-2023

"Nar" Çağrı Mərkəzinə zəng edənlərin əksəriyyəti xidməi yüksək qiymətləndirib

23-02-2022

Nar abunəçilərinə operativ və keyfiyyətli xidmət göstərir

24-09-2019

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

31-07-2023

Nar yeni mobil tətbiqini təqdim etdi

22-08-2019

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

29-03-2023

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93 faizi ilk zəngdən öz həllini tapıb

01-09-2021

Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

22-11-2018

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir  

23-05-2022

Nar sosial şəbəkədə sorğuları operativ cavablayır

17-07-2017

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

26-04-2019

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

Nar 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

28-11-2018

"Nar"abunəçiləri onlayn müştəri xidmətlərini seçir

22-11-2022

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

Nar 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

28-07-2018

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə