Previous Next
Bağla

Narın dəstəyi ilə Brain Ring intellektual yarışları start götürdü

18-09-2018 18:31
Narın dəstəyi ilə Brain Ring intellektual yarışları start götürdü

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsorudur.

Xeberler.az  məlumat verir ki, sentyabr ayının 16-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – on ikinci mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirir. Verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2018” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-ın dəstəyi ilə intellektual yarışlar başlayıb

13-09-2017

Nar-ın dəstəyi ilə intellektual yarış başladı

09-03-2018

Brain Ring yarışlarının qalibi müəyyənləşdi

29-06-2018

Nar-dan hədiyyə qazanın- Müsabiqə davam edir

06-10-2016

Brain Ring izləyərək hədiyyə qazan

15-10-2018

Brain Ring izlə, Nar-dan hədiyyə qazan

15-11-2018

Nar-dan hədiyyə qazanmaq imkanı

22-11-2017

İntellektual oyun izləyərək Nar-dan hədiyyə qazanmaq imkanı

22-11-2019

Breyn Rinq intellektual yarışlarının növbəti mövsümü başladı

15-03-2019

Nar-ın dəstək olduğu Breyn Rinq bilik yarışının qalibi məlum oldu

04-01-2019

Nar-ın baş sponsorluğu ilə intellektual yarışa start verilir

20-09-2019

Narın baş sponsorluğu ilə Breyn Rinq yarışı davam edir

30-10-2019

Breyn Rinq izlə, Nar-dan hədiyyə qazan

10-04-2019

İntellektualların Nar kuboku uğrunda mübarizəsi davam edir

14-06-2019

“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır

01-10-2021

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır

19-02-2021

“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxıb

17-05-2021

Nar gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

14-05-2019

“Nar” “Breyn Rinq” yarışına dəstəyi davam etdirir

10-10-2023

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir

15-04-2023

Nar regional məktəb çempionatına dəstək oldu-Foto

30-05-2017

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür  

10-10-2022

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in səkkizdəbir final oyunları başa çatır

11-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə