Previous Next
Bağla

NATO-nun Baş katibi rəqəmsal innovasiyaların sürətləndirilməsinə dair çağırış edib

25-11-2025 09:38
NATO-nun Baş katibi rəqəmsal innovasiyaların sürətləndirilməsinə dair çağırış edib

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən üçüncü NATO Bulud Konfransında Alyansın rəqəmsal müdafiəsinin gücləndirilməsində sənayenin həlledici rolunu qeyd edərək, güclü və innovativ sənaye olmadan güclü müdafiənin mümkün olmadığını bildirib.

Xeberler.az məlumat verir ki, NATO və tərəfdaş ölkələrdən hökumət, sənaye və akademik dairələrin 500-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Baş katib artmaqda olan təhdidlər fonunda daha sıx əməkdaşlığa ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, rəqiblərin süni intellekt və kvant hesablama sahəsində irəliləyişlər əldə etmələri barədə xəbərdarlıq edərək üzv ölkələrin bulud texnologiyalarının tətbiqini sürətləndirməsinin vacibliyini vurğulayıb. M.Rutte bunun üçün NATO-nun Bulud və Edge hesablama siyasətinin, həmçinin “Allied Software for Cloud and Edge Services (Project ACE)” təşəbbüsünün qətiyyətlə həyata keçirilməsinə çağırıb. Baş katib qeyd edib ki, bu addım məlumat mübadiləsini sürətləndirəcək və qərarvermə prosesini optimallaşdıracaq.

Rusiya hücumlarının təsirini azaltmaq üçün Ukraynanın bulud sistemlərinə sürətli keçid təcrübəsinə diqqət çəkən Baş katib, Haaqa Sammitinin qərarlarını da xatırladıb. O, xüsusilə 2035-ci ilədək ÜDM-in 5 faizinin hərbi məqsədlər üçün ayrılması öhdəliyinin kibermüdafiə, süni intellekt və bulud texnologiyaları kimi rəqəmsal imkanlara sərmayə qoyuluşunun genişləndirilməsi üçün mühüm imkan yaratdığını vurğulayıb.

M.Rutte rəqəmsal suverenliklə bağlı narahatlıqlara da toxunaraq, milli nəzarətlə kollektiv imkanlar arasında düzgün tarazlığın müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O, bulud texnologiyalarının və “edge computing”in sürət üstünlüklərinin hərbi tətbiqlər üçün böyük fayda verdiyini bildirib və NATO daxilində daha dayanıqlı texnoloji alətlərin, eləcə də müttəfiqlər arasında genişlənmiş əməkdaşlığın zəruriliyini vurğulayıb. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NATO-nun baş katibi Facebook-dan vaz keçmir

NATO-nun baş katibi Facebook-dan vaz keçmir

23-05-2009
NATO-nun saytında nə baş verib?

NATO-nun saytında nə baş verib?

24-06-2011
Pentaqon rəhbəri kibermühafizəyə diqqət yetirməyə çağırıb

Pentaqon rəhbəri kibermühafizəyə diqqət yetirməyə çağırıb

25-06-2015
Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

22-01-2026
İlon Mask NATO-nu yenidən qurmağa çağırıb

İlon Mask NATO-nu yenidən qurmağa çağırıb

12-02-2025
NATO yeni kibermüdafiə mərkəzini işə salacaq

NATO yeni kibermüdafiə mərkəzini işə salacaq

07-12-2024
NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

01-10-2021
Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər

Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər

13-02-2023
NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin açılışı olub

NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin açılışı olub

20-08-2015
Polşa Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir

Polşa Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir

13-10-2025
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
Azərbaycanda NISA-nın kibertəhlükəsizlik üzrə qış sessiyası başlayır

Azərbaycanda NISA-nın kibertəhlükəsizlik üzrə qış sessiyası başlayır

07-12-2009
Amazon Web Services Azərbaycanda

Amazon Web Services Azərbaycanda

18-12-2025
"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

19-10-2020
 Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025
NATO dezinformasiya ilə mübarizədə süni intellektə keçir

NATO dezinformasiya ilə mübarizədə süni intellektə keçir

27-01-2026
NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılmasını araşdırır

NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılmasını araşdırır

10-05-2026
Microsoft NATO ilə saziş imzalayıb

Microsoft NATO ilə saziş imzalayıb

16-09-2015
Azərbaycanlıların məruzləri  NATO-nun dəstək olduğu kitabda

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022
   Hərbçilərimiz beynəlxalq İKT tədbirində iştirak edir

Hərbçilərimiz beynəlxalq İKT tədbirində iştirak edir

20-06-2016
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025
BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə