Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025 18:54
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri, eləcə də şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiyası, intellektual analizi problemləri üzrə tədqiqatlar aparan struktur bölmələrin birgə elmi seminarı keçirilib.

Xeberler.az bildirir ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi seminarın institutun baş mütəxəssisi Oqtay Ələkbərovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Sonra O.Ələkbərov “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi istifadəçilərin mobil qurğularının və şəbəkə infrastrukturunun məhdud resursları şəraitində bulud hesablama sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsidir.

Tədqiqatçı dissertasiya işinin aktuallığı barədə məlumat verib. Bildirib ki, böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin mobil qurğularda həll edilə bilməməsi, mobil qurğuların batareyalarının işləmə müddətinin az olması, şəbəkənin yüklənməsi nəticəsində bulud serverlərdən məlumatların və nəticələrin istifadəçilərə sürətli və etibarlı çatdırılmaması, əlaqə kanallarında qırılmaların yaranması, bulud serverlərin mobil istifadəçilərdən uzaqda yerləşdirilməsi, istifadəçilərin məlumatlarının şəbəkədə təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranması dissertasiya tədqiqatın aktuallığını göstərir. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Dissertasiya işi üzrə elmi rəhbər akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən akademik Rasim Əliquliyev bulud sistemləri üzərində optimallaşdırma işlərinin aparılması istiqamətində tədqiqatların müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Elmi rəhbər bulud sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məsələlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlara daha geniş yer ayrılmasının önəmini qeyd edib, təklif və tövsiyələrini səsləndirib.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

25-07-2023

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə