Previous Next
Bağla

NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin açılışı olub

20-08-2015 23:01
NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin açılışı olub

Avqustun 20-də Riqada NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin təntənəli açılış mərasimi olub.

İlin əvvəlindən fəaliyyət göstərən mərkəzin açılış mərasimində Latviya Prezidenti Raymond Veyonis, Litva Prezidenti Dalya Qribauskayte, Şimali Atlantika Alyansı baş katibinin müavini Ceymş Appaturay, ABŞ senatorları Con Makkeyn, Şeldon Uaythaus və Con Baraso iştirak ediblər. Gözlənildiyinə görə, Strateji Kommunikasiyalar Mərkəzi NATO-nun fəaliyyətini əlaqələndirəcək, alyansın informasiya və psixoloji əməliyyatlara hazırlığını təmin edəcək.

Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, mərkəzin açılışı münasibətilə Latviya paytaxtında “Strateji kommunikasiyalar haqqında Riqa dialoqu: qavrama əhəmiyyət daşıyır” mövzusunda ikigünlük konfrans keçiriləcək. NATO ölkələrinin, habelə Ukrayna və Gürcüstanın nümayəndələri tədbir çərçivəsində münaqişələr dövründə sosial medianın rolunu müzakirə etməyi planlaşdırırlar. Ekspertlər böhranlı vəziyyətlər dövründə KİV-in cəmiyyətə təsirini də müzakirə edəcəklər.

Mərkəzin Riqa bölməsinə artıq beynəlxalq hərbi təşkilat statusu verilib. Bu, Baltik regionunda üçüncü belə mərkəzdir. Daha əvvəl Estoniyada Kibertəhlükəsizlik Məsələləri Mərkəzi, Litvada Energetika Məsələləri Mərkəzi açılıb.

Latviya Prezidenti Raymond Veyonis açılış mərasimində çıxış edərək bildirib ki, strateji kommunikasiyalar anlayışı 2012-ci ildə uzaq bir məsələ idisə, bizim günlərdə artıq reallığa çevrilib. Prezident müasir informasiya və hibrid müharibələri dövründə strateji kommunikasiyaların rolunu vurğulayaraq deyib: “Hər gün insanların zəkaları və ürəkləri uğrunda mübarizə gedir. Bu gün biz hər hansı vəziyyətə hazır olmalıyıq. Strateji kommunikasiyanın əhəmiyyəti gündən-günə artır”. Mərkəzin komandasına uğurlu fəaliyyət və yaxşı ideyalar arzulayan Prezident əmin edib ki, Latviya NATO-nun ümidlərini doğrultmaq üçün mümkün olan hər şeyi edəcək.

Litva Prezidenti Dalya Qribauskaytenin sözlərinə görə, Baltik ölkələrində qabaqcıl təcrübə mərkəzlərinin açılması bu ölkələrin müəyyən səviyyəyə çatmasına işarədir. Bu, həm də aydın şəkildə NATO ilə həmrəyliyə işarədir. Prezident deyib: “Ümidvaram ki, Mərkəz NATO-nun strateji kommunikasiyalarını və müdafiə qabiliyyətini gücləndirəcək”.

Mərkəz fəaliyyət proqramları işləyib hazırlamağı, təlimlər təşkil etməyi və NATO təlimlərinə qatılmağı planlaşdırır. Bu, strateji kommunikasiyalarla bağlı məsələlərdə NATO-nun iştirakçısı olan ölkələrə və qurumun qərargahlarına birbaşa dəstək göstərəcək. NATO-nun Strateji Kommunikasiyalar Mərkəzi bütün iştirakçı ölkələr üçün əlçatan həllər və imkanlar üzərində çalışır. Bu, NATO-nun həmin sahədə artıq mövcud imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Riqada Strateji Kommunikasiyalar Mərkəzi milli təsisat kimi artıq bu il yanvarın 1-dən fəaliyyət göstərir. Latviya Nazirlər Kabineti səfir Yanis Karklinyanı mərkəzin direktoru təyin edib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NATO-nun saytında nə baş verib?

24-06-2011

"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

19-10-2020

NATO-nun dəstəyi ilə kibertəhlükəsizliyə dair beynəlxalq konfrans keçiriləcək

01-10-2021

Azərbaycanda NISA-nın kibertəhlükəsizlik üzrə qış sessiyası başlayır

07-12-2009

Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər

13-02-2023

NATO-nun baş katibi Facebook-dan vaz keçmir

23-05-2009

Pentaqon rəhbəri kibermühafizəyə diqqət yetirməyə çağırıb

25-06-2015

İlon Mask NATO-nu yenidən qurmağa çağırıb

12-02-2025

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

22-01-2026

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025

NATO-nun Baş katibi rəqəmsal innovasiyaların sürətləndirilməsinə dair çağırış edib

25-11-2025

NATO yeni kibermüdafiə mərkəzini işə salacaq

07-12-2024

Microsoft NATO ilə saziş imzalayıb

16-09-2015

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022

Hərbçilərimiz beynəlxalq İKT tədbirində iştirak edir

20-06-2016

NATO dezinformasiya ilə mübarizədə süni intellektə keçir

27-01-2026

Polşa Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir

13-10-2025

NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılmasını araşdırır

10-05-2026

NATO-nun Kibertəhlükəsizlik üzrə ekspertinin təqdimatı keçirilib

15-04-2015

Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

25-09-2024

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

27-10-2021

“OpenAI” NATO ilə yeni müqavilə imzalayacaq

04-03-2026

ABŞ-a haker hücumunda "Rusiya izi"aşkarlanıb

28-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə