Previous Next
Bağla

Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar edib

30-08-2019 13:31
Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar edib

Xeberler.az bildirir ki, gənclər arasında kifayət qədər populyarlıq qazanan FaceApp proqramının zərərli tərəfləri bir neçə müddətdir müzakirə olunur.

Proqramın kompüter və smartfonlarda şəxsi məlumatları ələ keçirməsi dünyanın əksər ölkələrində narahatlıq doğurub. Ayrı-ayrı ölkələrin aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən araşdırma mərkəzləri ictimaiyyəti bu proqrama aludə olmamağa çağırıb.

Azərbaycanda da kompüter və smartfon istifadəçilərinin kifayət qədər olduğunu nəzərə alsaq, FaceApp proqramının zərərləri ilə bağlı rəsmi xəbərdarlıqların edilməsi gözlənilməz olmadı. Bu barədə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar etdi.

Nazirlik, ümumiyyətlə, kompüterə və ya smartfona yüklənən proqramlara, o cümlədən brauzerdəki genişləndirmələrə nəzər salmağı, istifadə edilməyən proqramları silməyi tövsiyə edir.

Bildirilib ki, müasir dövrdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və paralel olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətini yaradır.

Qeyd olunub ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir: "Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir".

"Müasir dövrdə gənclər internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan FaceApp mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də AppStore və Google Play-də ən populyar proqramlardan biridir. Təkcə Google Play-də bu proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanın marağına səbəb olur. Populyarlığın əsas səbəbi də budur", - deyə məlumatda bildirilib.                          

Vurğulanıb ki, insanların fotolarını qocaldan FaceApp proqramı istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır: "Proqram istifadəçilər üçün risklidir. FaceApp istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər. Fotoşəkil və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qalmaq təhlükəsi yaşayır. Proqram yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqlamları bilir. Yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır. Şəxsə aid informasiyaların başına nə gələcəyini, onların kimin əlinə keçə biləcəyini isə yalnız proqramın yaradıcıları bilir".         

Bu mənada ABŞ Senatında demokratların lideri Çak Şumer iddia edib ki, FaceApp tətbiqi insanların məlumatlarını üçüncü tərəfə satır.

Proqramın yaradıcısı Yaroslav Qonçarov isə məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib. O bilirib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: "FaceApp üzərində iş görülən fotoların böyük hissəsini "buludlar"da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir".

İddiaların həqiqəti nə qədər əks etdirib-etdirməməsindən aslı olmayaraq FaceApp yaradıcılarının hansı mövqedən çıxış edəcəyini öncədən proqnozlaşdırmaq olardı. Ortada sübut yoxdursa, ictimaiyyəti yalnız təhlükədən xəbərdar etməklə potensial təhdidlərdən sığortalamaq olar. Son qərar isə kompüter və smartfon istifadəçilərinin üzərinə düşür. Lakin qərar verməzdən qabaq bir daha düşünməkdə fayda var.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Face App təhlükə mənbəyidir

Face App təhlükə mənbəyidir

18-07-2019
Sosial medianın yeni trendi Face App

Sosial medianın yeni trendi Face App

17-07-2019
Kibercinayətkarlar FaceApp-dan sui-istifadə edir

Kibercinayətkarlar FaceApp-dan sui-istifadə edir

23-07-2019
Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

14-10-2015
FaceApp ilə insanları aldadırmış

FaceApp ilə insanları aldadırmış

26-07-2019
Viruslarla bağlı xəbərdarlıq

Viruslarla bağlı xəbərdarlıq

09-06-2015
32 milyon Twitter istifadəçisinin məlumatı oğurlanıb

32 milyon Twitter istifadəçisinin məlumatı oğurlanıb

09-06-2016
Gizlilik qaydalarını pozan tətbiq Google Play və App store-dan silinib

Gizlilik qaydalarını pozan tətbiq Google Play və App store-dan silinib

21-11-2019
“Lisenziyasız proqramlardan daha çox fərdi istifadəçilər yararlanır”-Müsahibə

“Lisenziyasız proqramlardan daha çox fərdi istifadəçilər yararlanır”-Müsahibə

30-08-2016
Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016
Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021
"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022
Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

29-01-2020
Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

08-10-2018
"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015
İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

24-10-2023
Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015
Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

11-07-2019
Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

30-10-2023
Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023
İqtisadiyyat Nazirliyi: Whatsappın yeni istifadə qaydaları qanunu pozmur

İqtisadiyyat Nazirliyi: Whatsappın yeni istifadə qaydaları qanunu pozmur

23-06-2021
Naxçıvan Elektron Təhlükəsizlik Mərkəzi əhaliyə  xəbərdarlıq edib

Naxçıvan Elektron Təhlükəsizlik Mərkəzi əhaliyə xəbərdarlıq edib

15-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə