32 milyon Twitter istifadəçisinin məlumatı oğurlanıb

09-06-2016 / 11:25

Məlum olduğu kimi, kompüter piratları ötən günlərdə 100 milyon Vkontakte  istifadəçisinin məlumatlarını 1 bitcoin  üçün satışa çıxarmışdı.

Xeberler.az məlumat verir ki, indi isə dark web-də  32 milyon Twitter istifadəçisinin məlumatlarının hər kəslə paylaşıldığı iddia edilir.

LeakedSource üzərindən yayımlanan məlumata görə, Vkontakte üzvlərinin məlumatlarını ələ keçirən kompüter piratları bununla yanaşı, Twitter istifadəçilərinin də məlumatlarını oğurlayıb.

Məlumatda 32 milyon Twitter istifadəçisinin məlumatında  elektron ünvan olaraq ən çox mail.ruyandex.ru yer alıb.

Piratların Twitter istifadəçilərinin məlumatlarını nə vaxt oğurladığı məlum deyil.

Twitter də bununla bağlı rəsmi açıqlama verməyib.

Mütəxəssislər təhlükəsizliklə bağlı Twitter istifadəçilərini şifrələrini dəyişdirmək mövzusunda xəbərdar edib.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə