Previous Next
Bağla

Nazirlik gücləndirilmiş iş rejiminə keçib

20-07-2019 12:01
Nazirlik gücləndirilmiş iş rejiminə keçib

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 21-27 iyul tarixlərində Bakıda keçiriləcək “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bildirilib ki, oyunların keçiriləcəyi məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil yayım və poçt xidmətləri ilə təmin edilib. Yarışların təşkil olunacağı məkanlara müvafiq EATS-lərdən fiber-optik kabellər çəkilib. İstifadəçilərin tələblərinə uyğun olaraq radiotezliklərin ayrılması və həmin radiotezliklərin maneəsiz işini təmin etmək məqsədilə ilkin radiomonitorinq həyata keçirilib. Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq.

Azərbaycana gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəyə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.

Qeyd edilib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

Bakı Taksi Xidməti gücləndirilmiş iş rejiminə keçib

27-04-2019

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

Formula-1 yarışı telekommunikasiya xidmətləri ilə tam təchiz edilib

23-04-2019

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016

Nar şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23-07-2019

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

“Nar Mobile” “Bakı Taksi” MMC ilə əməkdaşlıq edəcək

14-10-2014

Nazirlik Formula 1 üçün 1000-dən çox radiotezlik ayırıb

23-06-2017

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Hava limanında yalnız Bakı Taksi Xidməti fəaliyyət göstərir

28-02-2019

“Azərpoçt” “Bakı Taksi Xidməti” ilə əməkdaşlığa başlayıb

03-12-2024

Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

09-06-2015

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015

NRYTN hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

17-02-2021

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019

Beynəlxalq internet trafikinin həcmi artıb

27-04-2015

Avropa Oyunları zamanı radiotezliklərə “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyaları nəzarət edəcək

14-04-2015

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimə keçəcək

25-06-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimdə çalışacaq

18-03-2023

“Nar” AVRO-2020-nin keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb

13-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə