Previous Next
Bağla

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015 10:38
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı  qərargah yaradılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə ən yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, bununla bağlı RYTN-də verilən əmrə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə RYTN-in şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.
 
Qeyd edək ki, bundan əvvəl Bakıda keçirilmiş I Avropa oyunları zamanı Nazirlik telekommunikasiya xidmətləri ilə təminatı üzrə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi ilə  (BAOƏK) əməkdaşlıq çərçivəsində ayda bir dəfə iclas keçirilməklə tədbirlər görülüb, oyun məkanları və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib və tələbata müvafiq olaraq, ümumilikdə 288 km optik kabel çəkilib, montaj və ölçü işləri aparılıb.
 
 RYTN-in sifarişinə əsasən, ABŞ-ın bu sahədə ixtisaslaşmış Global Wireless Solutions şirkəti tərəfindən respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılmış və Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunub, birgə şəbəkə analizi aparılıb, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb.
 
Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-nin üzərinə düşən vacib məsələlərdən olmuş və bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkə qurulub. Eyni zamanda oyun  məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və Azərspace-1 peyki vasitəsilə yayımının təşkili də təmin edilib.
 
Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb, məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi, müvafiq saytların nəzarətdə saxlanılması, kibertəhlükəsizlik riskləri və hər hansı təhlükə üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

01-06-2015

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

Oyunların telekommunikasiya və İnternet təminatı necə olacaq ?

10-06-2015

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016

Nazirlik Formula 1 üçün 1000-dən çox radiotezlik ayırıb

23-06-2017

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021

Nazirlik gücləndirilmiş iş rejiminə keçib

20-07-2019

Bakı-2015 Avropa Oyunlarının informasiya təminatı sistemi yaradılır

19-04-2015

Avropa Oyunları ilə bağlı Bakıda optik kabel infrastrukturu yaradılıb

23-04-2015

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

Avropa Oyunları ilə bağlı Çağrı Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

I Avropa Oyunlarının effektiv radiorabitə sistemi qurulub

12-06-2015

Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

09-06-2015

Formula-1 yarışı telekommunikasiya xidmətləri ilə tam təchiz edilib

23-04-2019

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024

Bakıda internet pulsuz olacaq

10-04-2015

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə