Previous Next
Bağla

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017 12:35
İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.

Xeberler.az-ın məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq  Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.

Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib.

Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

Oyunların keçiriləcəyi məkanlar dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.

Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və  radiotezliklər ayrılıb.

Mobil rabitə xidməti təkmilləşdirilib

Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədi ilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb.

Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdəsaxlanılır.

Mobil cihazların IMEI nömrələrinin qeydiyyat müddəti iki dəfə artırılıb

Həmçinin, Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib.

Turistlər üçüm obil telefon nömrələrin satışı sadələşdirilib

Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara  mobil telefon  nömrələrinin  sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb

İnternet provayderlərin rəhbərləri isə  məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün Delta telecom MMM və Azərtelekom MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən  247 ədəd London Taxi-si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə təlimlərə cəlb edilib.

Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımi tədbirlərin görülməsi, optik kabellərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımi tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi,  04 may – 23 may tarixlərində bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksi əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı  qərargah yaradılıb

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015
Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015
I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015
IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015
Nazirlik gücləndirilmiş iş rejiminə keçib

Nazirlik gücləndirilmiş iş rejiminə keçib

20-07-2019
NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021
Nazirlik Formula 1 üçün 1000-dən çox radiotezlik ayırıb

Nazirlik Formula 1 üçün 1000-dən çox radiotezlik ayırıb

23-06-2017
Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020
Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015
Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015
İlk Avropa Oyunlarının   texnoloji infrastrukturu necə olacaq?

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

08-05-2021
Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016
RYTN   Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016
Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015
Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015
Təhlükəli hava şəraiti ilə əlaqədar nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb

Təhlükəli hava şəraiti ilə əlaqədar nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb

16-01-2019
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2019
Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

19-03-2019
WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

13-05-2026
Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015
Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017
Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

16-03-2017
Formula-1 yarışı telekommunikasiya xidmətləri ilə tam təchiz edilib

Formula-1 yarışı telekommunikasiya xidmətləri ilə tam təchiz edilib

23-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə