Previous Next
Bağla

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015 11:36
İlk Avropa Oyunlarının   texnoloji infrastrukturu necə olacaq?

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanaqlılığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.
 
Xeberler.az-ın məlumatına görə,  qərarda sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.
 
Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
 
RYTN-də iyunun 30-dək oyunlarla əlaqədar "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.
 
Bu vaxtadək Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin edilib və iclasların qərarları üzrə müvafiq tədbirlər görülüb.
 
RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.
 
BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və RYTN-in öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək.
 
Bakı şəhərinin zəruri ərazilərində Wi-fi xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək.
Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.
 
I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.
 
Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.
 
I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.
 
Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək.
 
Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq.
 
"Delta Telekom LTD" MMM tərəfindən oyunlara tələb olunana internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq.
 
Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.
 
"Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azərfon" MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda 2G, 3G, 4G mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.
 
Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.

Məltəm Talıbzadə 
   

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı  qərargah yaradılıb

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015
Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015
 I Avropa Oyunlarının effektiv radiorabitə sistemi qurulub

I Avropa Oyunlarının effektiv radiorabitə sistemi qurulub

12-06-2015
Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015
NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021
Oyunların telekommunikasiya və İnternet təminatı necə olacaq ?

Oyunların telekommunikasiya və İnternet təminatı necə olacaq ?

10-06-2015
“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014
RYTN   Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016
Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015
Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017
Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015
Media kəndində və arenalarda texnoloji təminat necədir ?

Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015
IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015
Borclu abunəçilərə şad xəbər

Borclu abunəçilərə şad xəbər

08-08-2019
Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

16-03-2017
NRYTN bayram günlərində  gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

17-07-2021
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2019
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

27-12-2018
Nazirlik rabitə müəssisələrinə tapşırıq verdi

Nazirlik rabitə müəssisələrinə tapşırıq verdi

23-06-2017
İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017
Nazirlik gücləndirilmiş iş rejiminə keçib

Nazirlik gücləndirilmiş iş rejiminə keçib

20-07-2019
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə