Previous Next
Bağla

Nazirlik ötən il 35 mindən çox elektron müraciəti cavablayıb

10-01-2023 12:40
Nazirlik ötən il 35 mindən çox elektron müraciəti cavablayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasında qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı nazirlikdə 2022-ci il ərzində müvafiq tədbirlər icra olunub. Müdafiə Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətə dəqiq, dolğun və operativ məlumatların verilməsi məqsədilə 2022-ci il ərzində nazirliyin rəsmi internet səhifəsində (www.mod.gov.az) Azərbaycan, rus və ingilis dillərində 1000-dən artıq məlumat yerləşdirilib.

Bu barədə Xeberler.az-a Nazirlikdən bildirilib.

Qeyd olunub ki, eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 1200-dən artıq, teleqramda 2300-dək, instaqramda 1250-dən artıq məlumat, tvitterdə 1900-dək tvit paylaşılıb.

Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 5000-dək foto və 360-dan artıq video material yerləşdirilib.

Bundan başqa, kütləvi informasiya vasitələrindən (KİV) Azərbaycan, rus və ingilis dillərində daxil olan 100-dən artıq sorğu cavablandırılıb.
Müvafiq dövrdə KİV-dən daxil olan 250-dək müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib. Media nümayəndələrinin nazirliyin müvafiq strukturlarının maddi-texniki, eləcə də maddi-tədris bazasından istifadə edilməklə 103 tədbiri təşkil olunub.

Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə və döyüş mövqelərinə ümumilikdə 43 media-tur təşkil olunub. Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.

Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilən təxribatlar, eləcə də Ordumuz tərəfindən onlara qarşı görülən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə KİV nümayəndələrinin iştirakı ilə 6 brifinq keçirilib.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin rəsmi saytının müraciətlər bölməsinə, eləcə də elektron poçt ünvanına daxil olan 35500-dək müraciət müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılması təmin edilib.

Kommunikasiya sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə media araşdırmaları institutları ilə müvafiq işçi görüşləri keçirilib və 30-dək hərbi qulluqçu xarici ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edib.

Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 2023-cü ildə də tədbirlərin planlı şəkildə həyata keçirilməsi davam etdiriləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ermənilərin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarıldı

22-08-2023

Silahlı Qüvvələrdə kibertəhlükəsizlik məsələsi müzakirə olunub

21-09-2016

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022

Müdafiə Nazirliyinin rəsmi saytı yeniləndi

21-01-2017

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

12-05-2025

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların mobil telefonlardan istifadə etməsi ilə bağlı qaydalar sərtləşdiriləcək

19-10-2023

Ordumuz strateji əhəmiyyətə malik bir neçə yüksəkliyi və yaşayış məntəqəsini azad edib-Rəsmi

02-04-2016

Elm və Təhsil Nazirliyində iki sektor yaradılıb

02-09-2025

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

11-03-2025

Müdafiə Nazirliyinin rəsmi Facebook səhifəsi fəaliyyətə başladı

05-04-2016

Kərim Vəliyevdən rabitə vasitələri və informasiya texnologiyaları ilə bağlı tapşırıq

27-11-2023

195-2 Telefon Məlumat Mərkəzinə 36 mindən çox müraciət daxil olub

06-08-2015

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

11-02-2020

Birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

15-11-2018

NRYTN Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

03-10-2020

Müdafiə Nazirliyi Facebook istifadəçilərinə müraciət edib

07-04-2016

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

20-10-2015

Nazirliyin Qaynar xəttinə daxil olan şikayətlərin statistikası açıqlanıb

02-10-2015

Hərbçilərimiz beynəlxalq İKT tədbirində iştirak edir

20-06-2016

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-11-2015

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Hərbçilərimiz kibertəhlükəsizlik tədbirində iştirak edir

07-11-2017

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə