Previous Next
Bağla

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

11-03-2025 12:55
Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na əsasən ölkədə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması sahəsində zəruri tədbirlər görülməkdədir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qurumlarda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Müvafiq qurumlarla monitorinqlər aparılıb

Bu tədbirlərin davamı olaraq Nazirliyin mütəxəssisləri və aidiyyəti dövlət orqanları ilə birgə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla monitorinqlər aparılıb.

Qurumların informasiya ehtiyatının rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb və nəticədə Nazirliyin hostinq sistemində yerləşən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərinə uyğun olmayan və SSL (təhlükəsizlik) sertifikatı mövcud olmayan 70-dən artıq veb-saytın fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara məlumatlar göndərilib.

Rəsmi internet səhifələrinə girişlər mərhələli şəkildə məhdudlaşdırılıb

Həmçinin, Nazirlik tərəfindən muxtar respublikada informasiya təhlükəsizliyi tələblərinə cavab verməyən dövlət orqanlarının rəsmi internet səhifələrinə girişlər mərhələli şəkildə məhdudlaşdırılıb. Bunlarla yanaşı, 40-dan artıq qurumun rəsmi internet səhifəsi isə tələblərə uyğunlaşdırılaraq “AzStateNet” hostinq zonasında yerləşdirilib, eləcə də, qurumların domen ünvanları da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə təmin edilir.

Monitorinqlər “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən dövlət orqanları internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarının Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin xüsusi qorunan Data Mərkəzində yerləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli qərarındakı tələblərə uyğun aparılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022
Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

27-10-2023
Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023
Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023
Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

20-06-2012
Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

23-05-2023
Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023
Naxçıvan MR-da Maliyyə Nazirliyinin saytı "AzStateNet" şəbəkəsinə köçürülüb

Naxçıvan MR-da Maliyyə Nazirliyinin saytı "AzStateNet" şəbəkəsinə köçürülüb

09-08-2023
Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

13-06-2023
Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023
Şahbuz Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

Şahbuz Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

25-05-2023
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012
Naxçıvanın Turizm Departamentinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvanın Turizm Departamentinin saytı “gov.az” zonasına köçürülüb

26-07-2023
Kəngərli Rayon İcra Hakimiyyətinin saytı "gov.az" zonasına köçürülüb

Kəngərli Rayon İcra Hakimiyyətinin saytı "gov.az" zonasına köçürülüb

05-07-2023
İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
ETX: Ötən il 429 internet resursuna giriş məhdudlaşdırılıb

ETX: Ötən il 429 internet resursuna giriş məhdudlaşdırılıb

30-01-2026
"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə