Previous Next
Bağla

NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

20-12-2025 20:49
NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

Dekabrın 20-də Naxçıvan Dövlət Universitetində (NDU) Milli Süni İntellekt Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə süni intellekt sahəsində təhsil, tədqiqat və innovasiya istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xeberler.az NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, rektor Elbrus İsayev bu cür görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, gələcəkdə bu ali təhsil ocağında kibertəhlükəsizlik və süni intellekt mərkəzlərinin yaradılması, habelə rəqəmsallaşmanın genişləndirilməsi əsas prioritetlərdəndir.

Görüşdə süni intellektlə bağlı seçmə fənlərin tədrisinə marağın böyük olduğu və ilkin mərhələdə bu istiqamətdə həm bakalavr, həm də magistratura üzrə tədris proqramları ilə sillabusların hazırlandığı və tətbiqinin nəzərdə tutulduğu açıqlanıb.

Nəzərə çatdırılıb ki, bu ali təhsil müəssisəsində tibb sahəsində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlərin aparılması gözlənilir.

Rektor çıxışında tələbələrin süni intellekt sahəsinə daha sürətli adaptasiya olunduğunu qeyd edərək bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyini önə çəkib.

Elbrus İsayev bildirib ki, NDU-da dünyanın 22 ölkəsindən xarici tələbələr təhsil alırlar. Bu səbəbdən də gələcəkdə beynəlxalq standartlara uyğun, sistemli proqramların qurulması əsas məqsəd kimi müəyyən edilib.

NDU ilə Süni İntellekt Akademiyası arasındakı əməkdaşlıq, birgə strukturun formalaşdırılması, növbəti beynəlxalq süni intellekt konfransının keçirilməsi və bu istiqamətdə dəstəyin göstərilməsi prioritet hesab edilir.

Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəz dörd əsas istiqamət üzrə fəaliyyət göstərir və NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında körpü rolunu oynamaqda maraqlıdır. O, infrastrukturun gücləndirilməsi, mütəxəssislərin hazırlanması, birgə tədqiqatların aparılması və əlaqələrin genişləndirilməsinin vacibliyini önə çəkib.

Tuncay Bağırov “Smart Office” modelinin üstünlüklərindən danışaraq süni intellekt sahəsində mütəxəssislərin cəlb ediləcəyini, proqram və layihələrə dəstək göstəriləcəyini də bildirib. NDU-nun tələbələrinin Milli Süni İntellekt Mərkəzinin bazasına qoşulacağı, fərqlənən və uğurlu tələbələrə tam dəstək veriləcəyi vurğulanıb. Xüsusilə, tibb sahəsində süni intellekt tətbiqlərinin perspektivli olduğu, universitetin innovasiya mərkəzinə çevrilməsi üçün kifayət qədər potensiala malik olduğu qeyd edilib və bu istiqamətdə tam dəstəyə hazır olduqları diqqətə çatdırılıb.

Tədbir zamanı universitetdə mövcud ikili diplom proqramları, IELTS və SAT mərkəzləri, eləcə də beynəlxalq kitab bazası kimi imkanların muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşün sonunda NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gələn il “Robotex Naxçıvan” festivalı keçiriləcək

07-07-2023

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

12-09-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

Bu il NDU-da İnnovasiyalar Mərkəzi istifadəyə veriləcək

17-03-2025

“İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” adlı konfrans keçirilib

23-04-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025

“Süni intellekt: nəzəriyyədən praktikaya” konfransı keçirilib

26-05-2025

Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

01-05-2026

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə