Previous Next
Bağla

“İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” adlı konfrans keçirilib

23-04-2025 20:49
“İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” adlı konfrans keçirilib

Aprelin 23-də Naxçıvan Dövlət Universitetində “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransının açılış mərasimi keçirilib.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, əvvəlcə İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.

Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın təşkilini yüksək qiymətləndirib, dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib.

E.İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir, universitet ilk dəfə elektron təhsil sisteminə keçib, ölkədə ilk dəfə smart tələbə kartı “TələbəPlus”un istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb.

Rektor, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il reallaşacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verərək, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiyaya uyğun, əmək bazarının tələblərinə cavab verən, yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib. Bildirib ki, dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən, universitetdə IBM Mərkəzi istifadəyə verilib və irəlidə bu yöndə təkmilləşdirmə işləri həyata keçiriləcək.

Rektor, həmçinin universitet-sənaye-hökumət əməkdaşlığının vacibliyini vurğulayıb və bu fəaliyyətlərin uğurlu karyera planlamasına hədəfləndiyini deyib.

Sonra plenar çıxışlar başlanıb.

Konfransda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, bölmə iclasları 3 salonda, 10 panel üzrə keçiriləcək. 23 təşkilatın 115 tədqiqatçısı tərəfindən 83 tədqiqat üzrə məruzələr təqdim ediləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025

“Süni intellekt: nəzəriyyədən praktikaya” konfransı keçirilib

26-05-2025

Bu il NDU-da İnnovasiyalar Mərkəzi istifadəyə veriləcək

17-03-2025

“Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21-05-2025

Gələn il “Robotex Naxçıvan” festivalı keçiriləcək

07-07-2023

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

20-12-2025

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Naxçıvanda Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq

06-02-2024

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024

“İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” adlı konfrans keçirilir

06-11-2024

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Naxçıvan Universitetində Huawei-nin mütəxəssisi seminar-treninq keçirib

13-12-2019

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

“Naxçıvanın ən ucqar kəndində də əhali İKT-dən yararlanır”

07-07-2015

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə