Previous Next
Bağla

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026 16:47
Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanın ali təhsil sistemində süni intellektin (AI) mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş təhlil aparıb.

Xeberler.az bildirir ki, onun sözlərinə görə, son illər ölkənin aparıcı universitetlərində süni intellekt sahəsində atılan addımlar ali təhsil sisteminin tədricən qlobal trendlərə uyğunlaşdığını göstərir. Ekspert vurğulayıb ki, beynəlxalq təcrübə süni intellektin həm fundamental elmi-tədqiqat istiqaməti, həm də sahə-yönümlü tətbiqlər əsasında paralel inkişafını zəruri edir və Azərbaycanda bu modelin ilkin konturları artıq formalaşmağa başlayıb.

Osman Gündüz qeyd edib ki, bir sıra aparıcı universitetlərdə AI kafedraları yaradılıb, yeni tədris proqramları hazırlanıb, süni intellekt mərkəzləri və laboratoriyaları fəaliyyətə başlayıb, beynəlxalq əməkdaşlıqlar qurulub.

Paylaşımda UNEC-in bu sahədə ən sistemli modellərdən birini formalaşdırdığı vurğulanıb. Universitetdə bakalavr və magistr səviyyələrində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, “İqtisadiyyatda süni intellekt sistemləri”, “Süni neyron şəbəkələri”, “Python və süni intellekt”, “Dizaynda süni intellekt” kimi fənlər tədris olunur, xüsusi laboratoriyalar yaradılıb. UNEC həmçinin ABB ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı icra edir. Bundan əlavə, universitetdə 1,69 milyon manatlıq tender əsasında Təhsil İnnovasiyaları üzrə Süni İntellekt Mərkəzinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Texniki Universitetində isə 2021-ci ildən struktur islahatları nəticəsində Mühəndis riyaziyyatı və süni intellekt kafedrası fəaliyyət göstərir. 2024-cü ilin sonunda universitetdə Data Elmi və Süni İntellekt İnstitutu təsis edilib. Burada Machine Learning, Deep Learning, NLP, Computer Vision və Data Analytics istiqamətlərində tədqiqatlar aparılır. AzTU-da süni intellekt sahəsində 1,3 milyon manatlıq qrant layihələri elan olunub və 900 min manatlıq AI laboratoriyası üçün tender açıqlanıb.

ADA Universitetində süni intellekt sahəsində fəaliyyət daha erkən dövrlərdən təhsil və tətbiq-yönümlü tədqiqatlar üzərində qurulub. Burada AI, Machine Learning, NLP və Big Data üzrə kurslar tədris olunur, Data Analitika Tədqiqat Mərkəzi fəaliyyət göstərir. 2017-ci ildə BP ilə birgə yaradılmış Big Data Research Center bu sahədə öncül nümunələrdən biri kimi qeyd olunub.

Ekspert bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində süni intellekt daha çox sənaye, enerji və idarəetmə sistemləri kontekstində inkişaf etdirilir. Bakı Ali Neft Məktəbində SOCAR tərəfindən yaradılmış AI elmi-tədqiqat laboratoriyası enerji və sənaye optimallaşdırılmasına fokuslanır. Bakı Mühəndislik Universitetində isə “Artificial Intelligence”, “Machine Learning”, “Data Analytics” kimi fənlər və ikili diplom proqramları mövcuddur.

Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universitetində də beynəlxalq əməkdaşlıqlar çərçivəsində süni intellekt istiqamətində addımlar atıldığı qeyd olunub.

Osman Gündüz eyni zamanda problemlərə də diqqət çəkib.

Onun fikrincə, ixtisaslı kadr hazırlığı, proqramların yenilənməsi, səylərin koordinasiyası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində boşluqlar qalır. Ekspert hesab edir ki, ETN, EATDA və Təhsilin İnkişafı Fondu bu sahədə daha fəal rol oynamalı, universitetlər üçün xüsusi AI qrantları ayrılmalı, müəllimlər üçün kütləvi təkmilləşmə proqramları həyata keçirilməlidir.

Paylaşımda həmçinin “SABAH.city” layihəsinin sürətləndirilməsi və AI mərkəzlərinin milli şəbəkə kimi əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Ekspertin qənaətinə görə, düzgün koordinasiya və ardıcıl siyasət nəticəsində Azərbaycan universitetləri qısa müddətdə regionda süni intellekt üzrə rəqabətqabiliyyətli və güclü akademik mərkəzlərdən birinə çevrilə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

20-12-2025
Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025
“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

“AI Lab” süni zəka sahəsi üzrə ödənişsiz təlim elan edir

04-04-2022
Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025
ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025
Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025
BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025
ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026
Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025
Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026
4SİM  Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025
Azərbaycan və Qazaxıstan prezidentləri Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

Azərbaycan və Qazaxıstan prezidentləri Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

21-10-2025
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
Süni intellekt laboratoriyası fəaliyyətə başlayıb

Süni intellekt laboratoriyası fəaliyyətə başlayıb

02-10-2017
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
Süni intellektlə bağlı xüsusi standartlar hazırlanır

Süni intellektlə bağlı xüsusi standartlar hazırlanır

08-12-2025
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025
Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

01-05-2026
Çin universitetləri süni intellekt üzrə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır

Çin universitetləri süni intellekt üzrə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə