"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023 / 22:32

"NEQSOL Holding" tərəfindən “YAŞAT” Fonduna 500 min manat vəsaitin ayrılması barədə Anlaşma Memorandumu imzalanıb.

Sənədi “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıb.

Köçürülmüş ianə hesabına Ramazan ayında 325 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə müxtəlif sosial dəstək göstərilib: tibbi xidmətlər, məişət şəraitinin yaxşılaşdırılması, kredit və təhsil xərcləri maliyyələşdirilib.

Holdinq tərəfindən ayrılan vəsaitin digər hissəsi isə xüsusi sosial layihələrin icrasına yönəldiləcək. Bu sırada elan edildiyi kimi Fond tərəfindən 1 000 nəfərdən çox şəhid övladının məktəb ləvazimatları ilə təminatı və digər layihələrin icrası nəzərdə tutulur.

Beləliklə, 2021-ci ildən "NEQSOL Holding"in qərarı ilə tərkibindəki "Bakcell", "Norm", "Azerconnect" və "Nobel Energy" şirkətləri “YAŞAT” Fonduna ümumən 3,2 milyon manatdan çox vəsait ayırıb.

Bunlara əlavə, holdinqin tərkibindəki "Bakcell" şirkəti bu il Ramazan bayramı ərəfəsində Xəzər rayonunda İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 174 şəhid və qazi ailəsinə ərzaq yardımı edib.

"NEQSOL Holding" doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə