Previous Next
Bağla

“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir - VİDEO

21-08-2023 16:20
“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir - VİDEO

“Bakcell”in baş sponsorluğu, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi davam edir.

APA-Economics” xəbər verir ki, Şamaxı rayonunda, “Shamakhi Palace Sharadil” otelində təşkil olunan və 7 həftə davam edəcək düşərgədə 350-dən çox uşaq iştirak edir.

Düşərgə ərzində uşaqlar üçün interaktiv təlimlər, tanınmış şəxslər ilə görüşlər, ekskursiyalar, təlim və konsultasiyalar, eləcə də əyləncəli konsert proqramları keçirilir.

Bu dəfə, düşərgənin qonağı “Bakcell” şirkəti olub. “Bakcell” uşaqlar üçün “Cizgi filmini yaradıram” mövzusunda proqramlaşdırma master-klası təşkil edib.

Uşaqlar “Scratch” proqramlaşdırma platformu üzərində öz qısa cizgi filmini kodlaşdırıblar. Bu fəaliyyət düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir.

“Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

Məlumat üçün bildirək ki, şəhid və qazi ailələrinə dəstək NEQSOL Holding və “YAŞAT” Fondu arasında bu ilin əvvəlində imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, NEQSOL Holding “YAŞAT” Fonduna bu il üçün 500 min AZN vəsait ayırıb. Vəsait hesabına il ərzində şəhid ailələrinə və qazilərə müxtəlif sosial dəstək göstərilir, eləcə də bir sıra xüsusi layihələr həyata keçirilir.

Qeyd edək ki, "Bakcell" şirkəti hazırda “Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

28-05-2026

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

20-08-2024

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu

31-05-2025

"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək olub

27-08-2021

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

30-09-2022

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

12-06-2023

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı-Foto

24-05-2023

Londonda "YAŞAT" yay məktəbi davam edir

28-07-2025

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

06-02-2024

“Bakcell”dən Azərbaycanın innovasiya ekosisteminə dəstək

08-07-2023

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə