“Nokia”nın rəhbəri dəyişdi

13-09-2010 / 00:31
Dünyanın ən böyük cib telefonu istehsalçılarından olan “Nokia” İdarə Heyəti başçılığına dünyanın ən böyük proqram şirkətlərindən “Microsoft”un ticarət müdiri Stephen Elopu təyin etdi. Kanada vətəndaşı olan Elop, Finlandiya markası “Nokia”nın Helsinkidəki ümumi mərkəzində vəzifəyə başlayacaq. Elop, həm də şirkətin finlandiyalı olmayan ilk idarəçisi olacaq. “Nokia”nın İdarə Heyətinin sabiq başçısı Olli-Pekka Kallasvuo şirkətin Amerika bazarındakı yerini inkişaf etdirmə, həmçinin İnternetə bağlana bilən telefonlarda irəliləmə vədiylə 2006-cı ildə vəzifəyə gəlmişdi. Ancaq şirkət indiyə qədər ABŞ-da çox az irəliləyib, cib telefonu bazarında “Apple”, “Blackberry” və “Google” ilə rəqabətdə uduzub. Bu il 20 faiz nisbətində dəyər itirən “Nokia” hissələri Elopun bəzi yeni xəbərləri ilə yenidən yüksəldi, 5 faiz nisbətində dəyər qazandı. BBC-nin texnologiya müxbiri Mark Gregory “Nokia” şirkətində finlandiyalı olmayan idarəçiyə yer verməyin özünün yeni bir strategiya olduğunu yazır: “Bəllidir ki, “Nokia” dünyanın ən böyük cib telefonu istehsalçısıdır. Ancaq məsələ satışlar, ya da qazanc deyil. Şirkət cib telefonu bazarında da eyni uğuru qazanmaq istəyir. Keçmişdə cib telefonu sektorunda bir yenilik gözlənildiyində ilk ağıla gələn ad “Nokia” olardı, ancaq şirkətin bu şöhrətini indilərdə “Apple”, “HTC” və “Samsung” ələ keçirib”. “Nokia”nın rəhbəri Jorma Ollila da yeni rəhbərə inanır. O, Elopun şirkətin tam potensialı üçün lazım olan sənaye təcrübəsi və liderlik bacarıqlarına sahib olduğuna inandıqlarını deyib. mənbə: var.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə