Nokia ağıllı telefon bazarına geri qayıdacaq

10-08-2015 / 20:44

Üç illik fasilədən sonra Nokia yenidən ağıllı telefon bazarına qayıtmağa hazırlaşır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, finlandiyalı şirkətin Microsoft ilə etdiyi razılaşma 2016-cı ilin sonunda qurtaracaq. Nokia-nın icraçı direktoru Rajeev Suri uzun müddətdən sonra maraqlı təkliflərlə geri qayıdacaqlarını bildirib.

Microsoft tərəfindən istehsal edilmiş Nokia markalı telefonları təxminən bir yarım və ya iki il sonra görəcəksiniz, ancaq bu ağıllı telefonlar Nokia tərəfindən buraxılmayacaq. Ağıllı telefonların Nokia markasını daşımasına və içində Nokianın Android tətbiqləri olmasına baxmayaraq, cihazların istehsalı, bölüşdürülməsi və texniki dəstəyi Foxconn tərəfindən yerinə yetiriləcək.

Qeyd edək ki, keçmişdə cib telefonu bazarının lideri olan Nokia Apple və Google-un ağıllı telefon bazarını ələ keçirməsi səbəbiylə köhnə parlaq günlərindən uzaqlaşmış və 2013-ci ildə 8 milyard dollara Microsoft tərəfindən satın alınmışdı.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə