Nokia Apple-ı izləməyə başladı

31-01-2012 / 05:58

Finlandiyanın telefon istehsalçısı Nokia, 2011-ci ilin don aylarında  satdığı 19,6 milyon ağıllı telefonla, 30,6 milyon satan Apple şirkətinin yaxın izləyicisinə çevrildi. Bu vaxtlarda Windows Phone 7  olan cihazları bazara təqdim etmiş olmasına baxmayaraq, Nokia 2010-cu ilin sonlarında 35%, 2011-ci ilin əvvələrində isə 15% geriləyib.

Nokianın rəhbəri Stephen Elop yenə də optimist olaraq, Lumia ağıllı telefonlarının mobil ekosistem mübarizəsinə qoşulduğunu açıqladı.

Nokia-nın 2011-ci il üçün zərəri 1,2 milyon avro dəyərində göstərilir. Bu rəqəm 2010-cu ildə 1,8 milyon avro idi. Cihaz və iş hissələri üçün istifadə olunan məbləğ 2010-cu ilə nisbətən 75% düşərək 884 ilyon avro oldu. Ticarət hissələrinin itkisi isə 663 milyon avrodan 1,5 milyard avroya yüksəldi. Nokia Simens şərikliyindən isə müəssisə zərəri 686 milyon avrodan 300 milyon avroya endirildi.

// xeberler.az/Samir


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.