Previous Next
Bağla

Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

01-05-2015 12:44
Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

Aperlin 21-25-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) görüşlər keçirilib.

Xəbərlər-in verdiyi məlumata görə, görüşlərdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti (İCŞ-in müdiri İsbəndiyar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və aparıcı məsləhətçisi Abbas Məmmədov, Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) sədri Adil Qəribov, sədr müavini İbrahim Qabulov, nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov, BƏHM-in texniki işlər üzrə direktor müavini Məzahim Quliyev) təmsil edib.

Nazirlikdən Xeberler.az-a məlumat verilib ki, səfərin əsas məqsədi Azərbaycan Respublikasının CERN ilə mövcud olan əlaqələrinin daha da inkişaf etdirilməsi və bu işdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərinin, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub.

Səfərin ilk günü nümayəndə heyəti CERN-in məsul şəxsləri ilə görüşüb və CERN-in, o cümlədən Sinkrosiklotron, İdarəetmə, ATLAS, İfratkeçirici Maqnitin Sınaq və bir sıra təcrübə mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Görüşdə CERN nümayəndələri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıblar. ALICE layihəsinin rəhbər şəxsləri ilə keçirilən görüşdə isə MNTM-in bu layihəyə qoşulma mövzusu müzakirə edilib.

Səfərin növbəti günü “Worldwide Large Hadron Collider Computing Grid (WLCG)” layihəsinin rəhbəri Y. Börd Mərkəzin kompüter şəbəkəsi haqqında nümayəndə heyətini məlumatlandırıb, “TIER 0” DATA mərkəzi ilə tanış edib. Görüşdə Azərbaycanda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan və ən qabaqcıl texnologiyalara sahib olacaq Data Mərkəzi haqqında da geniş məlumat verilib.

Səfər zamanı Azərbaycanın CERN-ə assosiativ üzv olması, CERN-də aparılan təcrübələrinin məlumatlarının ölkəmizdə yaradılan Data Mərkəzində saxlanması,  ölkəmizdə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün MNTM-in layihələrə qoşulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

CERN tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə də ciddi maraq göstərilib, informasiya magistralının gələcəkdə faydalı bölgə ölkələri ilə elmi əlaqələrin genişləndirilməsi üçün faydalı ola biləcəyi vurğulanıb. 

 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016
AMEA Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

AMEA Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

01-03-2017
Nazirlik və Avropa Nüvə Araşdırmaları Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

Nazirlik və Avropa Nüvə Araşdırmaları Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

13-10-2015
Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015
Avropa Nüvə Tədqiqatları Mərkəzinin alimləri videokonfrans keçiriblər

Avropa Nüvə Tədqiqatları Mərkəzinin alimləri videokonfrans keçiriblər

04-02-2009
“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

29-10-2009
Azərbaycanda GRİD şəbəkəsinin yaradılması yaxın bir ayda başa çatacaq

Azərbaycanda GRİD şəbəkəsinin yaradılması yaxın bir ayda başa çatacaq

26-01-2009
 İstifadəçilər  virtual səyahət edəcəklər

İstifadəçilər virtual səyahət edəcəklər

19-06-2015
Google partlayışa dəstək verdi

Google partlayışa dəstək verdi

11-09-2008
Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

24-05-2019
MİLLİ SUPER KOMPÜTER MƏRKƏZİ YARADILIR

MİLLİ SUPER KOMPÜTER MƏRKƏZİ YARADILIR

02-03-2009
Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

17-11-2025
TASİM irəliləyir

TASİM irəliləyir

06-03-2015
“Milli Grid Seqmenti”nin açılış mərasimi olacaq

“Milli Grid Seqmenti”nin açılış mərasimi olacaq

26-10-2009
Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

14-11-2025
Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016
Protonların maksimal enerjidə ilk toqquşması keçirilib

Protonların maksimal enerjidə ilk toqquşması keçirilib

22-05-2015
www 20 yaşını qeyd edir!!!

www 20 yaşını qeyd edir!!!

15-03-2009
Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018
Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015
Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018
Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

06-10-2016
TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

19-02-2015
Dünyanın ilk veb saytının 25 yaşı oldu

Dünyanın ilk veb saytının 25 yaşı oldu

21-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə