Previous Next
Bağla

Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

24-05-2019 17:23
Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası  “Rosatom”un nümayəndə heyəti arasında görüş olub. 
 
Xeberler.az bildirir ki, 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin  rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.
 
Tərəflər  nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə  ediblər.  
 
Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.
 
Görüş zamanı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom”  dövlət  korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib. 
 
Danışıqların əsas mövzusu  “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. 
 
Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.
 
Bundan başqa  milli nüvə, elmi tədqiqat  obyektlərinin qurulması, iki şirkət arasında bu  istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.
 
Növbəti mərhələdə “Rosatom” şirkətinin  böyük nümayəndə heyətinin Azərbaycana gəlişi  və  nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015
Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019
Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018
Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

06-10-2016
Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

06-07-2016
Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

01-05-2015
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Yeni nəsil 3D printer təqdim olunacaq

Yeni nəsil 3D printer təqdim olunacaq

31-03-2017
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Ramin Quluzadə nümayəndə heyəti ilə Qazaxıstanda səfərdədir

Ramin Quluzadə nümayəndə heyəti ilə Qazaxıstanda səfərdədir

16-09-2019
Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015
Nazir Ramin Quluzadə İranda səfərdədir

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Rusiya ilə İKT  sahəsində əməkdaşlıq müzakirə edilib

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə