Previous Next
Bağla

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018 20:38
Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-də olub.
 
Xeberler.az bildirir ki, səfər zamanı baş Y.Amanonu agentliyin Texniki Əməkdaşlığın Koordinasiyası və Proqram Təminatı şöbəsinin direktoru Martin Krause, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, Xarici İşlər nazirliklərinin nümayəndələri müşayiət edib. 
 
Qonaqlar Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə, kompleksləri və əldə edilən nəticələrlə tanış olublar. Onlara sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi, Tədqiqat Nüvə Reaktoru Kompleksi, İnnovasiya və cihazqayırma, Nüvə spektroskopiyası və radiokimya, Mobil Ekspedisiya Sektoru, Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbələrinin texniki imkanları, kadr potensialı və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib.
 
Qonaqlar əldə edilmiş nəticələri yüksək qiymətləndirib.
 
Sonra Yukiya Amano və Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq proqramı çərçivəsində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə icra olunan iki Milli Layihə ətrafında müzakirələr aparıblar.
 
Y.Amano Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunan Tədqiqat Nüvə Reaktorunun yaradılması, nüvə və radiasion texnologiyalarının inkişafının genişləndirilməsi istiqamətlərində birgə fəaliyyəti məqsədəuyğun hesab etdiyini bildirib.
 
O, qeyd olunan istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Baş direktor Azərbaycan Respublikasının nüvə enerjisi, nüvə və radiasion texnologiyanın dinc məqsədlərlə istifadəsi sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib.
 
Görüşdə Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin tezliklə istifadəyə verilməsi, burada sterilizasiya, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və davamlığının artırılması, rezin polimer, elastomer və kompozit materialların fiziki, mexaniki, kimyəvi xassələrinin modifikasiyası istiqamətində radiasion işləmələrin müasir dövrdə böyük elmi və praktiki əhəmiyyət kəsb etməsi qeyd olunub.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qamma Şüalanma Kompleksinin açılışı baş tutub

13-03-2020

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019

Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019

Milli Nüvə Tədqiqatları Mərkəzi oktyabrda istifadəyə veriləcək

20-07-2015

Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

13-07-2015

“Milli Nüvə Tədqiqatları Mərkəzi” beynəlxalq tədbirdə təmsil olunub

23-11-2016

Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

24-05-2019

Nazir ROSATOM-un rəhbərliyi ilə görüşüb

26-11-2018

Milli Nüvə Tədqiqatları Mərkəzinə yeni baş direktor təyin olunub

13-12-2021

Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

19-04-2018

Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

06-10-2016

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin olunub

28-03-2022

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016

Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

01-05-2015

Ölkəmiz Dünya Nüvə Sərgisində təmsil olunub

06-07-2016

Nazirlik və Avropa Nüvə Araşdırmaları Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

13-10-2015

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015

Vyanada xakerlərə qarşı mübarizə müzakirə olunur

02-06-2015

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə