Previous Next
Bağla

Nazirlik və Avropa Nüvə Araşdırmaları Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

13-10-2015 13:08
Nazirlik və Avropa Nüvə Araşdırmaları Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub

CERN-in (Avropa Nüvə Araşdırmaları Təşkilatı) ALİCE (A Large Ion Collider Experiment) təşkilatının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Xeberler.az bildirir ki, səfər çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ALİCE-in sədri, professor Paolo Giubellinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə nazirliyin yüksək texnologiyalar sahəsində apardığı işlər barədə məlumat verilib.

Nüvə texnologiyaları, nüvə elmlərinin RYTN üçün yeni fəaliyyət istiqaməti olduğunu nəzərə çatdıran birinci müavin ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu əməkdaşlıq azərbaycanlı alim və tələbələrin Böyük Adron Kollayderində fəaliyyət göstərən ALİCE-də iştirakına imkan verəcək. 

Eyni zamanda, RYTN-in inşa etdiyi Tier III səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) haqda məlumat verilib. Böyük imkanlara malik bu mərkəzin CERN-də istifadəsi müzakirə olunub, xüsusilə DATA mərkəzdə ALİCE təcrübəsində toplanmış məlumatların analizi və saxlanılmasından danışılıb.

Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM)  infrastrukturu  və DATA Mərkəzlə tanış olduqlarını qeyd edən Professor Paolo Giubellino   qısa zamanda görülən işləri yüksək qiymətləndirib.  Daha sonra  professor Paolo Giubellino  ALİCE haqqında məlumat verib və qeyd edib ki, hazırda ALİCE-nin 37 ölkədən 1550 iştirakçısı var. Onun sözlərinə görə, ALİCE təcrübəsində kainatda 14 milyard il bundan əvvəl olan şəraiti almaq mümkündür. Bu missiyanı yerinə yetirmək üçün ALİCE təcrübəsində qabaqcıl texnologiyalardan və hesablama üsullarından istifadə olunur. Bura xüsusilə nəhəng kompüter şəbəkələrinin quraşdırılması, böyükhəcmli məlumatların emalı daxildir.  Görüşdə ALİCE təcrübəsi ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması da müzakirə edilib.

Qeyd edək ki, görüşdə ALİCE şurasının sədri, professor Peter Braun-Munzinger, ALİCE təcrübəsində Ukrayna qrupunun rəhbəri, professor Gennady Zinovyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Ölkəmizə səfərini davam etdirən qonaqlar RYTN  tərəfindən Bakı Dövlət Universitetində təşkil olunan və  azərbaycanlı alim və tələbələr üçün  nəzərdə tutulan seminarda da çıxış edəcəklər.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

AMEA Avropa Nüvə Tədqiqatları Təşkilatı ilə əməkdaşlığı genişləndirir

01-03-2017
Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

Nümayəndə heyətimiz Avropa Nüvə Tədqiqatları Mərkəzində olub

01-05-2015
Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

02-05-2016
İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası olub

İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası olub

08-04-2015
Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Rosatom rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzində olub

11-11-2015
Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016
Koreyalı mütəxəssislər ölkəmizin  İKT sektorunu  yüksək qiymətləndirib

Koreyalı mütəxəssislər ölkəmizin İKT sektorunu yüksək qiymətləndirib

24-09-2016
Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

14-11-2025
Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

17-11-2025
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020
Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə Rosatom-un nümayəndə heyəti ilə görüşüb

24-05-2019
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

06-01-2023
AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

03-09-2015
Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Microsoft-un rəsmiləri Bakıda olub

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018
“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015
Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

Tədqiqat Nüvə Reaktoru yaradıla bilər

20-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə