Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009 / 11:25

“Beynəlxalq Yayım İttifaqı və ABŞ səfirliyinin nümayəndələri ilə bu ilin fevralında Bakıda keçiriləcək görüşdə xarici radioların Azərbaycanda yayımı ilə bağlı məsələ bir daha müzakirə ediləcək. Biz Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaları bağlamamışıq. Sadəcə, 2007-ci ildə onlara verdiyimiz FM tezliyini geri almışıq. Onlara FM tezliyi verilənə qədər yayımı necə həyata keçirdirdilərsə, bundan sonra da həmin şəkildə davam etdirə bilərlər”.

APA-nın məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, bundan sonra FM tezliyini xarici radiostansiyalara vermək niyyətləri yoxdur. Onun sözlərinə görə, xarici radiostansiyalara ancaq istəyəcəkləri halda, qısa dalğalar verilə bilər. FM resurslarının milli qurumlar üçün nəzərdə tutulduğunu deyən N. Məhərrəmli həmin tezliklərin yeni açılacaq radiolara verilə biləcəyini istisna etməyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə