“Office 2016” proqramının ilkin versiyası istifadəyə verildi

18-03-2015 / 11:49

Ötən günlərdə Mac Os sistemi üçün təqdim olunan “Office 2016” ilkin versiyası Windows-da istifadə oluna biləcək. Yeni proqram təminatı, proqramçılar və İT mütəxəssislər üçün təqdim edildi .

Mövzu ilə əlaqədar olaraq Beta Archive saytına açıqlama verən Office 365 Müştəri proqramları və xidmətlər bölməsinin direktor müavini Kirk Koenigsbauer, proqram üçün aylardır bağlı testlər davam etdirdiklərini ifadə edərək, indi test proqramını inkişaf etdirən proqramçılar, iT mütəxəssislər və Office 365 müştərilərinə istiqamətli şəkildə təqdim olunduğunu ifadə edib.

İlkin versiya tərkibində olan ofis proqramlarından əlavə daha rəngli və daha rahat bir interfeyse malikdir. Bundan başqa Microsoft-un Limestone inteqrasiyası Office 2016 proqramını daha da diqqəti cəlb edən xüsusiyyətlərdəndir. Limestone, Office funksiyalarını təkmilləşdirmək üçün proqramçılara təqdim olunan interfeys bölməsidir.

Şirkət, proqramın son versiyası üçün planlaşdırılan bütün xüsusiyyətlərinin ilkin versiya olmadığını ifadə etdi. "Office 2016" İT mütəxəssislər və proqramçılar üçün olan ilkin versiyanı buradan yükləyə bilərsiniz.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə