Previous Next
Bağla

Ölkələrin internetdə davranış qaydaları hazırlanacaq

20-04-2015 15:43
Ölkələrin internetdə davranış qaydaları hazırlanacaq

Haaqada (Niderland) keçirilən kibertəhlükəsizlik məsələləri üzrə qlobal konfransda Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini ölkələrin ərazilərində olan şəbəkə infrastrukturunun digər dövlətlərə kiberhücumların edilməsi üçün istifadəsinə mane olmaqla bağlı qanunun qəbul edilməsi təklifi ilə çıxış edib.

Xəbərlər RYT-nin rəsmi saytına istinadən məlumat verir ki, Aİ nümayəndəsi kiberhücumların həyata keçirilməsinin qadağan olunduğu vacib obyektlərin siyahısının tərtib edilməsinin zəruriliyini qeyd edib.

 Konfransda 100-dən çox ölkədən 1,8 minə yaxın diplomat, hərbçi və informasiya təhlükəsizliyi mütəxəssisi iştirak edib. F.Mogerini və Niderland xarici işlər naziri Bert Kundersin fikrincə, “TV5 Monde” və “Sony Pictures” şirkətlərinə edilən kiberhücumlar, dünyanın bank və maliyyə infrastrukturunda baş verən təxribatlar onu göstərir ki, kiberkampaniyalar dövlətlər və qeyri-dövlət oyunçuları tərəfindən manipulyasiya və siyasi təzyiq alətinə çevrilib.

 Öz növbəsində Qərb ölkələrinin nümayəndələri kiberkampaniyaların dövlətlərarası münaqişələrə səbəb olmasının qarşısının alınmasına yönələn mövcud etimad tədbirlərini möhkəmlətməyi və yenilərini işləyib hazırlamağı təklif ediblər. Avstraliya xarici işlər naziri Culiya Bişop və ABŞ Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə koordinatoru Kristofer Peynter bildiriblər ki, yeni qaydalar internetin milli seqmentlərə bölünməsinə gətirib çıxarmamalı və hüquqi qüvvəyə malik olmalıdır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I Avropa Oyunlarına kiberhücumlar gözlənilirmi?

12-06-2015

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

14-02-2026

Azərbaycan CyberTech Global 2020 konfransında iştirak edir

29-01-2020

Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

30-08-2024

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023

ABŞ kibertəhlükəsizliyə dair qanun layihəsini təsdiq edib

24-04-2015

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Rusiya Xarici İşlər Nazirliyinin saytına kiberhücum edilib

24-10-2024

Dövlətlər İT-dən istifadə ilə bağlı razılığa gəlib

17-08-2015

Britaniyada birgə kibertəlimlər keçirilib

07-07-2015

“Turkcell” Azərbaycanda kibertəhlükəsizlik xidmətləri təklif edəcək

23-08-2023

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

04-04-2015

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

Hakerlər Cənub Qaz Dəhlizinə hücum edib

16-06-2015

Aİ kiberhücumlara görə üç rusiyalını “qara siyahı”ya salıb

27-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə