Previous Next
Bağla

Azərbaycan CyberTech Global 2020 konfransında iştirak edir

29-01-2020 18:36
Azərbaycan CyberTech Global 2020 konfransında iştirak edir

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə "CyberTech Global 2020" beynəlxalq konfransı işə başlayıb. 

Xeberler.az bildirir ki, eyni adlı sərgi isə ötən gündən açılıb. 

Konfrasın açılışını İsrailin baş naziri Benyamin Netanyahunun etməsi gözlənilsə də onun ABŞ-da olması səbəbindən bu, baş tutmayıb. Odur ki, hökumət başçısının videomüraciəti nümayiş etdirilib. 

Daha sonra tədbirdə bu il ilk dəfə 5G texnologiyası və onun üzərindən həyata keçirilən kiber hücumlar haqqında da məlumat verilib. 

Ümumilikdə 18 minə yaxın iştirakçının qatıldığı sərgi-konfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov təmsil edir.

Konfransda çıxış edən İsrailin Elektrik Korporasiyaslnın İdarə Heyətinin rəhbəri Yiftah Ron-Tal qeyd edib ki, hazırda dünyada 1 milyarddan artıq insan elektrik enerjisi olmadan yaşayır: "Bu isə bizi "yaşıl enerji" ilə bağlı fəaliyyətimizi genişləndirməyə sövq edir". 

İsrail rəsmisinin fikrincə, kiberhücumlara qarşı mübarizə aparmaq üçün ən effektiv addımlardan biri bu sahədə fəaliyyət göstərən startapların dəstəklənməsidir: "Təkcə 2019-cu ildə İsraildə kibertəhlükəsizlik üzrə 12 startapa 1,9 milyard ABŞ dolları invesitisiya yatırılıb".

Dünya üzrə kiberhücumların aktivliyindən danışan Yiftah Ron-Tal hər saniyədə 11 mindən artıq hücum qeydə alındığını açıqlayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsraildə CyberTech Global 2020 sərgi-konfransı keçiriləcək

11-01-2020

Azərbaycan "CyberTech Global 2021" konfransında iştirak edir

05-04-2021

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib

01-11-2021

"Azərbaycan İnvestisiya Şirkəti” xarici startapa 670 min dollar yatırım etdi

06-09-2023

İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

12-01-2026

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

04-02-2026

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018

İsraildə kiberhücumlarla bağlı hesabatlarda artım qeydə alınıb

26-02-2026

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Ölkələrin internetdə davranış qaydaları hazırlanacaq

20-04-2015

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

Ölkəmiz atom enerjisi üzrə beynəlxalq konfransda təmsil olunub

06-10-2016

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

04-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə