Adətən beynəlxaq əhəmiyyətli idman yarışlarında , beynəlxalq kütləvi tədbirlərdə kiberhücumlar güclənir. Hücumlar bu tip tədbirlərin rəsmi saytlarına, əhəmiyyətli dövlət qurumlarının saytlarına qarşı həyata keçirilir.
I Avropa Oyunlarının kibertəhlükəsizlik sistemi də Oyunların Telekommunikasiya təminatında mühüm sahələrdəndir.
Oyunların Kibertəhlükəsizilik sisteminə cavabdeh qurumlardan olan Delta Telekom şirkəti bu anlarda gücləndirilmiş iş şəraitində Azərbaycana qarşı qlobal səviyyəli kiberhücumların qarşını almaq üçün monitorinq aparır.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azərbaycana daxil olan bütöv İnternet trafiki nəzarət altındadır.
Məlumata görə, hazırda Delta Telekom şirkəti Oyunlar ərəfəsində kiberhücumların qarşısının alınması üçün aktiv fəaliyyət göstərir.
Qeyd edilir ki, gözlənilən qlobal kiberhücumaların qarşısının alınması məqsədilə Delta Telekom bir çox tanınmış beynəlxalq şirkətlərlə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Bildirilib ki, kibertəhlükəzislik sistemi ilə bağlı yeni avadanlıqlar quraşdırılıb.
Delta Telekom şirkəti ölkə daxilində İnternet trafikini Eurodesign şirkətinə ötürür, bu şirkət isə İnternetin Oyunlar keçirilən ərazilərdə paylaşımını təmin edir. Delta Telekom-dan məlumat verilib ki, kiber hücumların qarşısının alınmasında Eurodesign şirkəti səviyyəsində də zəruri proqram və avadanlıq təminatı quraşdırılıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri