Ötən günlər 5 rayonda bu layihənin gedişi ilə maraqlanmaq imkanım oldu.
Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələdə GPON şəbəkəsinin qurulması və evlərin internetə qoşulması istiqamətində xeyli işlər görülüb. Əksəriyyət evlərə fiber optik internet çəkilib.
Balakən, Oğuz və Qəbələdə şəbəkələşmə demək olar ki tam başa çatdırılıb.
Zaqatala və Qaxda isə şəbəkələşmə və qoşulmalar başa çatmayıb və işlər davam etdirilir.
Bəzi rayonlarda şəbəkələşmənin başa çatmasına baxmayaraq qoşulmalarla bağlı lənglik müşahidə olunurdu.
Yəni az sayda istifadəçilər var ki, hələ də ADSL-dən istifadəyə üstünlük verirlər.
Güman ki, bu, Aztelekomda bir qrup əlahi üçün tariflərin (minimal tarif 18 manatdır) elə də əlçatan olmaması , yaxud da üstünlüklərindən məlumatsızlıqla bağlı olub.
Məlumat üçün qeyd edim ki, yetərincə uzaq olmasına baxmayaraq regionlarda da fəaliyyət göstərən bəzi özəl provayderlər 40 mb/s sürət üçün 15 manata da xidmət təklif edirlər.
Ümid edirəm Aztelekom qoşulmaların sayını artırmaq üçün daha əlverişli şərtlər təqdim edəcək.
Yeri gəlmişkən, RİNN açıqlayıb ki , indiyədək ölkə üzrə ev təsərrüfatı və biznes qurumların internetə qoşulma səviyyəsi 92%-ə yüksəlib.
Xatırladıram ki, nazir Rəşad Nəbiyev sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin keyfiyyətli internetə əlçatanlığının təmin edilmələcəyini bildirib.
Nazirlik bu layihə çərçivəsində beynəlxalq banklardan alınan kreditdən müxtəlif səbəblərdən imtina etsə də, daxili resurslar hesabına layihəni nəinki ayaqda saxlaya bilib, əksinə uğurla yekunlaşma səviyyəsinə gətirib çatdırıb.
İlin başa çatmasına az qalıb.
Gözləmək olar ki, RİNN qarşıdakı aylarda bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlığın vəziyyəti haqqında yekun hesabat verəcək.
Osman Gündüz