“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013 / 11:28
2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən  “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.
Bu il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və onlayn medianın inkişafı istiqamətində tədbirlər də nəzərdə tutulub. Bunu nəzərə alaraq Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi həyata keçirilir və “Onlayn Media” müsabiqəsi təşkil olunur.
Nar Mobile-in Baş sponsorluğu ilə keçirilən Layihənin məqsədi ölkədə  onlayn media  infrastruktutunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən  sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi  nəzərdə tutulur.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.
Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Onlayn Media  Müsabiqəsinə  İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min  müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar  təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə  olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə  bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və  #etehsil həştəqləri ilə yazılacaq.
Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Layihə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Nar Mobile – in dəstəyi ilə həyata keçirilir. (www.telim.org)

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.