Previous Next
Bağla

“Onlayn Media” Müsabiqəsinə yazıların və tvitlərin qəbulu başa çatıb.

02-12-2013 11:40
 “Onlayn Media”   Müsabiqəsinə yazıların və tvitlərin qəbulu başa çatıb.
Müsabiqədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdıran, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan jurnalistlər və  bloqçular iştirak edib.  Eyni zamanda ilk dəfə olaraq müsabiqəyə Twitter mikrobloqundan aktiv istifadə edən mikrobloqçular da qoşulub.

Müsabiqəyə onlayn media qurumlarında dərc olunmuş 30 məqalə təqdim edilib. Həmçinin 52  mikrobloqçu   qabaqcadan müəyyən olunan  #ehokumet və #etehsil həştəqləri ilə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı məlumatlar paylaşıblar.


Hazırda yazıların və tvitlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsinə başlanıb. Münsiflər heyəti  İKT və media sahəsinin tanınmış ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılıb. Qiymətləndirmə prosesi dekabrın 9 -dək davam edəcək.


Müsabiqənin yekun nəticələrinin elan olunması və mükafatlandırılma mərasiminin  
11 dekabrda  keçirilməsi nəzərdə tutulub. Qaliblər və fərqlənənlər qiymətli hədiyyələrlə ( planşetlər, smartfonlar, netbuklar və s.) mükafatlandırılacaqlar.


2006-cı ildən  başlayaraq  hər il  keçirilən bu layihənin və  müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılmasına dəstək vermək , İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir. 


Müsabiqə haqqında,  yazıların mövzuları, qiymətləndirmə meyarları, münsiflərin tərkibi  ilə  bağlı daha geniş məlumatı www.telim.org  saytından əldə etmək olar.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib

25-11-2014

Jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi davam edir

11-10-2013

Onlayn Media Müsabiqəsinə yazıların təqdim olunmasına başlandı

16-09-2013

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşmaq üzrədir

11-02-2009

"Onlayn Media" müsabiqəsinin qalibləri artıq məlumdur

09-12-2013

Multimedia Mərkəzi müsabiqəyə start verdi

20-10-2014

Elektron hökumət quruculuğu mövzusunda yazan Jurnalistlər üçün Treniqlər təşkil olunur

19-11-2012

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013

“Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb

13-11-2013

Onlayn media müsabiqəsinin qaliblərini bahalı hədiyyələr gözləyir

15-11-2013

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

Jurnalistlər üçün keçirilən təlimlər başa çatdı

28-10-2013

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçiriləcək

27-05-2010

“Onlayn Media 2014” layihəsinin təlimlərinə start verilir

22-10-2014

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi çərçivəsində Təlimlər üçün qeydiyyat başlanıb

16-09-2013

“İnformasiya cəmiyyətinin Jurnalisti” layihəsinin yekunlarına həsr olunacaq tədbirin vaxtı bəlli oldu

12-02-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Treninqlər başa çatıb.

22-12-2008

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

Treninqlər davam edir

09-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə