Previous Next
Bağla

Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

25-01-2019 17:05
Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. 

Xeberler.az  bildirir ki, bunu övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan işlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib. O diqqətə çatdırıb ki, Fərmana əsasən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. 

Sənəddə nazirlik üzrə müəyyən olunan vəzifələr sırasına, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması, övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi və s. daxildir. Nazirliyə, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsi və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin görülməsi və digər vəzifələr həvalə olunub.  S. Qocayev bildirib ki, qeyd olunan tapşırıqların icrası məqsədilə beynəlxalq məsləhətçi şirkətin dəstəyi, övladlığagötürmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, sərbəst ekspertlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır. Mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla övladlığagötürmə prosesi, bu sahədə idarəetmə-təşkilati struktur və hesabatlılıq üzrə modelin hazırlanması istiqamətində intensiv işlər görülür.

Hazırda Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları”nın qərar layihəsinin, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin, müvafiq qanunvericilik aktlarında dəyişiklik layihələrinin hazırlanması üçün işçi qrup fəaliyyət göstərir. İşçi qrup həmçinin  Fərmana uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması  üçün müvafiq işləri görür. Övladlığagötürmə prosesinin İKT imkanlarından geniş istifadə edilməklə tam elektronlaşdırılması, prosesin sadələşdirilməsi və əlçatanlığının artırılması, həmçinin bu sahədə şəffaflıq təmin ediləcəkdir.  S. Qocayev övladlığa verilən uşaqlarla bağlı nəzarət tədbirlərinin mütəmadi aparılacağını da deyib və bildirib ki, övladlığa verilməsi çətin olan uşaqların övladlığa verilməsini stimullaşdırmaq üçün əlavə dəstək mexanizmləri təklif olunacaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Övladlığagötürmə ilə bağlı elektron infrastruktur yaradılır

28-08-2019

Övladlığagötürmə ilə bağlı yeni altsistemin təqdimatı olub

03-03-2020

Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?

18-02-2020

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

ƏƏSMN-nin informasiya sistemində yeni elektron xidmətlər yaradılıb

16-04-2019

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Təqaüd üçün elektron müraciət artıq mümkündür

08-10-2015

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019

Danışan kitab saytının və mobil tətbiqinin təqdimatı olub

27-06-2019

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

ƏƏSMN “Youtube” platformasının gümüş plaketinə layiq görülüb

04-11-2025

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

E-sosial-ın funksionallığı daha da genişlənib

28-01-2020

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

12-09-2018

Şəxsiyyət vəsiqəsi ilə bağlı qanuna dəyişiklik edilib

08-12-2015

Milli Məclisin növbəti plenar iclası işə başlayıb

01-05-2025

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

Prezident sosial müavinətləri artırdı - Sərəncam

26-02-2019

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" müzakirə edilib

17-06-2025

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə